Rusiyanın Samara vilayətində qadına qarşı quldurluq edən azərbaycanlı axtarışa verilib
Naməlum şəxs 63 yaşlı qadına hücum edərək qızıl-zinət əşyalarını əlindən alıb. Həmin şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.
24 yaşlı kişinin heç bir yerdə işləmədiyi və vilayətdə qeydiyyatsız yaşadığı məlum olub.
Hazırda şübhəlinin tutulması istiqamətində tədbirlər görülür. (apa)
pia.az