Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada azərbaycanlıya məxsus kafedə kütləvi dava - Video


Davada bir erməni yaralanıb


Rusiyanın Volqoqrad bölgəsinin Volj şəhərində azərbaycanlıya məxsus “Kaspiy” kafesində kütləvi dava qeydə alınıb.

20 nəfər iştirak edən davada əl qumbarasının partlaması nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Partlayışı törədən 41 yaşlı kişi şübhəli kimi axtarılır.

Atışmanın da olduğu kütləvi davada kafe ziyarətçilərindən biri əl qumbarasını işə salıb. O qumbaranı dalaşanların ayağı altına atıb. Partlayış dalğasından yıxılmayanlar isə əvvəlcə davanı davam ediblər, daha sonra isə hadisə yerindən qaçıblar. Onların tutulması üçün şəhərdə “ələ keçirmə” planı elan olunub.

Plan nəticəsində çevik qüvvələr maşınla şəhərdən çıxmaq istəyən 5 Volqoqrad sakinini saxlayıblar. Onlardan 6 ədəd travmatik, pnevmatik silah və ov tüfəngi müsadirə edilib. Partlayışı törətməkdə şübhəli bilinən isə hələ də polis tərəfindən axtarışdadır.

İnsidentdən sonra tibbi kömək üçün 10 nəfər xəstəxanaya müraciət edib. Onlardan beşinə tibb işçilərinin köməyi lazım olmayıb. Lakin, digər beşi müxtəlif zədələrlə xəstəxanada qalıb.

Onlardan biri, boynundan qəlpə zədələri ilə ağır yaralanan Yevgeniy Pankov artıq əməliyyat olunub. Hazırda o reanimasiya şöbəsindədir. Eləcə də 33 yaşlı Maksim Paramokşin və 22 yaşlı Anton Artyomov baş və boyun nahiyəsində çoxlu qəlpə yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı İvan Prokofyevdə də beyin silkələnməsi və kürək yarası qeydə alınaraq xəstəxanada saxlanılıb. Xəstəxanada qalan yaralılardam biri isə erməni əsilli Karen Ovsayandır.

Davanın baş vermə səbəbi müəyyənləşdirilir. Hadisə ilə əlaqədar Rusiya cinayət məcəlləsinin 222-ci: “Qanunsuz silah və sursatın, əldə olunması, ötürülməsi, satma, saxlama və daşınması” və 213-cü bəndin 2-ci hissəsi “mütəşəkkil qrup tərəfindən əvvəlcədən danışılmış xuliqanlıq” maddəsi ilə cinayət işi açılması məsələsinə baxılır.

Qeyd edək ki, “Kaspiy” MMC-nin direktoru azərbaycan əsilli Səfərov Bəhram Hacivəli oğludur. (ans)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar