Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada itkin düşən qızın atası: “Axtarışlar gücləndirilib“

Aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən həmyerlimiz Gülnarə Vəliyevadan hələ də xəbər yoxdur


Bu barədə Lent.az-a onun atası Şücaət Vəliyev məlumat verib.
 
Onun sözlərinə görə, qızının axtarışı davam edir. “Hər gün Polis bölməsinə gedirəm. Bir xəbər çıxmır. Polislər axtarış apardıqlarını deyirlər. Ümid edirəm ki, yaxın günlərdə qızımdan bir xəbər çıxacaq. Hər yerə şəkillərini yapışdırmışıq. Dayanacaqlara, metro vaqonlarına, kafe və restoranlara, binalara, amma hələ bir xəbər yoxdur".
 
Biz atadan "Sank-Peterburqun huquq-mühafizə orqanlarının rus əməkdaşları, azərbaycanlı qızın axtarışında laqeyidlik göstərmilər ki" deyə soruşduqda o, bu halı istisna etdi:

"Gülnarənin axtarışıyla məşğul olan müstəntiqlər gərgin işləyir. Axtarış az qala bütün vilayəti əhatə edir. Yaxın günlərdə qızımı tapacaqlarına söz veriblər.”

Xatırladaq ki, bu il aprelin 22-də Sank-Peterburq şəhərinin Kirov rayonunda yaşayan həmyerlimiz Gülnarə Vəliyeva həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisədən bir həftə əvvəl isə onun Sankt-Peterburqda yaşayan Samir adlı oğlanla toyu olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar