Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada müəllim azərbaycanlı şagirdi döydü

Rusiyada idman müəllimi azərbaycanlı şagirdi döyüb

 
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın TBK saytı yazıb. Hadisə Krasnoyarsk vilayətinin 144 nömrəli məktəbində qeydə alınıb. Müəllim şagirdin yarışdan sonra sevindiyini gördükdən sonra onu döyüb.

Məktəblinin atasının verdiyi məlumata görə, müəllim uşağın qarın və baş nayihəsinə zərbələr endirib və yalnız başqa bir şagirdin bu mənzərəni görməsindən sonra dayanıb. Nəticədə 14 yaşlı şagird beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Uşaqlar yarışda qalib gəldikdən sonra seviniblər, qaçıblar, bir-birilərini qucaqlayıblar. Bu da müəllimin xoşuna gəlməyib. Oğlumu çiynindən tutub məktəbin dəhlizinə aparıb. Orada onu döyməyə başlayıb. Başına, qarnına zərbələr endirib, boğub. Uşağın boğazında göyərti izləri var. Oğlumu söyüb, meymun adlandırıb. Bütün bunları, məncə, övladım azərbaycanlı olduğu üçün edib", - deyə məktəblinin atası Mixail Əhmədov deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da məlumatı təsdiq ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları öyrənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar