Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Azərbaycana xəbərdarlıq mesajı



Rusiyanın separatçı Abxaziya ilə ortaq ordu yaratmağa başlaması ən əvvəl Azərbaycana xəbərdarlıq mesajıdır; Moskva bölgəyə “legitim” yolla qayıtmaq üçün təhlükəli planı işə salıb...


“Böyük iyirmiliy”in (G 20) sammiti Rusiyanın artıq “izqoy” (“tullantı, çıxdaş edilmiş”) ölkəyə çevrildiyini nümayiş etdirdi. Məhz bunun nəticəsi idi ki, Putin toplantını tələm-tələsik tərk etdi, dünyanın 19 ən güclü ölkəsinin liderləri ilə yeməyə belə oturmadı. 

Çünki özünə qarşı bəlkə də heç gözləmədiyi halda qaşqabaqlı sifətlə, neqativ münasibətlə üzləşdi.

Beynəlxalq ictimai qınaq da budur. Əfsus ki, rəsmi Moskva, Putin yaranmış neqativ və öncəliklə Rusiyanın özü üçün təhlükəli durumdan müdrik nəticələr çıxarmağa tələsmir. “Qərb uzun müddət Rusiya ilə ümumi dil tapmağa çalışdı, ancaq artıq qərara gəlib ki, bu adamla danışmaq mümkün deyil. Putin artıq çox mürəkkəb vəziyyətdə və ağır seçim qarşısındadır”. Sonuncu sitat rusiyalı tanınmış politoloqlardan birinə məxsusdur.

Və belə görünür ki, Kreml ən pis halda “döyüşə-döyüşə” geri çəkilməyi məqbul sayır. Hətta ehtimallar səslənir ki, Moskva Donbasdakı münaqişəni dondurub əsas nəzər-diqqətini Azərbaycanın da yer aldığı Güney Qafqaza yönəldə bilər. Deyəsən, bu prosesə başlanıb da. Abxaziya parlamentində Rusiya ilə ümumi ordu yaradılması barədə qanunun müzakirəsi bir sıra təhlilçilərə görə, bunun əyani təzahürlərindən hesab oluna bilər. Onlar hesab edir ki, bu, elə Abxaziyanın da Rusiyaya zorla birləşdirilməsi deməkdir. Yəni Krımın ilhaqının bir qədər modifikasiya olunmuş variantıdır. 

Belə münaqişədən başqa biri isə Azərbaycandadır, Dağlıq Qarabağ problemidir. Bəzən iddia eşidirik ki, bəs, Rusiya Qarabağ münaqişəsindən götürə biləcəyi əsas siyasi-hərbi dividentləri artıq götürüb, odur ki, Azərbaycanın təlaşına əsas qalmayıb. Əsla. Moskva Qarabağ məsələsində son və qəti sözünü deməyib. Bu sözün necə olacağı əlbəttə ki, rəsmi Bakının da mövqeyindən asılı olacaq. Ancaq az öncə Dağlıq Qarabağda erməni əsilli vətəndaşlarımıza Rusiya pasportlarının verilməyə başlaması haqda yayılan xəbərlər, Moskvada separatçı rejimin təbəələrinə Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərildiyi pasport və başqa sənədlərin məmnuniyyətlə verilməsi, nəhayət, Abxaziya və Rusiya arasında ortaq ordu yaradılmasına başlanması Azərbaycana ciddi xəbərdarlıq mesajlarıdır. 

Ayrı sözlə, günün birində “ayağını düz qoymayan” Azərbaycanın cəzalandırılması üçün eyni ssenarinin - abxaz variantının (tanınma, ardınca ortaq ordu) işə salınmayacağına kimsə zəmanət verə bilməz. Getdikcə daha da qəzəbli olan Rusiya bizə istənilən sürprizi edə bilər. Unutmayaq ki, rusiyalı iqtisadçı ekspertlər ölkənin artıq 3 illik resessiya dövrünə girdiyini bəyan ediblər. Demək, “yaralı və qəzəbli ayı” mütləq hirsini harasa tökməyə çalışacaq. Bu, Cənubi Qafqaz bölgəsi də ola bilər. 

Bölgədə isə Ermənistan onsuz da Kremlin ovucunun içindədir, Gürcüstan Abxaziyadakı “ümumi ordu” ilə “legitim” şəkildə təhdid altına, mühasirəyə salandan sonra qalır Azərbaycan. Əgər Dağlıq Qarabağdakı separatçı rejimlə də analoji “ortaq silahlı birləşmələr” yaradılsa, hesab eləmək mümkün olacaq ki, Rusiya hərbi cəhətdən regiona tam şəkildə qayıdıb və bunu hətta “qanunu yolla” reallaşdırıb.

Əlbəttə ki, haqqında söz gedən ssenari baş verməyə də bilər. Bu, asılı olacaq həmin an üçün Rusiyanın, Putinin daxili-xarici durumundan, manevr imkanlarından, o sırada Qərblə münasibətlərinin səviyyəsindən, nəhayət, Rusiya toplumunun getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyətə hansı reaksiya verəcəyindən. Elə situasiya yarana bilər ki, Putin Qarabağ, Azərbaycan hayında olmaz. Yəni fors-major durum məsələsi... 

İstənilən halra, rəsmi Bakı şimaldan gələ biləcək potensial təhlükələrə hazır olub kontur-tədbirlər planı barədə düşünməlidir. Əlbəttə ki, qardaş Türkiyə ilə birgə. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar