Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan gələnlər özləri ilə fəlakət gətirir - Şərh


Vüqar Bayramov: “Rayonlara göndərilən pullar kəskin azalıb”


Rusiyada yaşanan iqtisadi böhran nəticəsində orada çalışan həmyerlilərimizin Bakıya qayıdışı sürətlənib. Ekspertlər hesab edirlər ki, Rusiyanın miqrantları öz ərazisindən çıxarması, Azərbaycana hər il bir milyard dollar itki hesabına başa gələ bilər. 

Məsələ ilə bağlı müsavat.com-a danışan miqrasiya eksperti Azər Allahverənov bildirib ki, hazırda Rusiyada təxminən 554 min azərbaycanlı yaşayır: “Əmək fəaliyyəti ilə məşğul olanların sayı təqribən 450 min civarındadır. Onlardan müəyyən bir qismi əmək fəaliyyəti ilə qanunverici əsaslarla, digər qismi isə heç bir yerdə qeydiyyata alınmadan fəaliyyət göstərir. Yəni, bu insanların Rusiyada yaşamasının əsas səbəbi, əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Onların Azərbaycana qayıdışı baş verərsə, yenidən ölkəmizdə işsiz qalma təhlükəsi ilə üzləşə bilərlər. Bu isə əmək bazarında gərginlik yaradacaq”.

Bəs bu şəxslərin Azərbaycana qayıdışı ölkəmizə iqtisadi baxımdan hansı problemlər yarada bilər?

İqtisadçı ekspert Vüqar Bayramov mövzu ilə bağlı digər nüanslara toxunub. Ekspert bildirib ki, əsas məsələ Rusiyada yaşayan həmyerlilərimizin təhsilsiz olmasıdır ki, bu da əlavə problemlərə yol aça bilər: “Rusiyada yaşayan həmyerlilərimiz sayəsində Azərbaycana ötürülən pulların, ölkəmizin ümumi daxili məhsulunda (ÜMD) payı azdır. Ancaq nəzərə almaq lazımdır ki, bu məbləğin böyük bir hissəsi rayonda yaşayan ailələrə göndərilir. Bu isə rayonlardakı sosial iqtisadi vəziyyətə  birbaşa təsir göstərir. Bu baxımdan Rusiyadan ölkəmizə göndərilən vəsaitlərin həcminin azalması birmənalı şəkildə arzuolunan deyil. Bir sıra MDB ölkələrindən fərqli olaraq, Azərbaycan miqrantların göndərdikləri vəsaitdən bir o qədər də asılı deyil. Belə ki, Azərbaycanda bu rəqəm ÜDM-un 2.5 faizi olduğu halda, Gürcüstanda, Özbəkistanda 12, Ermənistanda 21, Moldovada 25, Qırğızıstanda 32, Tacikistanda isə 49 faizdir. Lakin qeyd etdiyimiz kimi miqrantların göndərdikləri vəsaitlərin əsas hissəsi rayonların payına düşür. Bu isə ölkə iqtisadiyyatına bir başa təsir edən faktordur”.

Ekspert müqayisə edərək bildirib ki, 2014-cü illə müqayisədə Rusiyadan ölkəmizə göndərilən vəsaitlərin həcmində kəskin azalma var: “2014-cü ildə Rusiyadan Azərbaycana 20 milyard dollar civarında vəsait göndərilib. Bu isə o deməkdir ki, xaricdən miqrantlar vasitəsi ilə ölkəyə daxil olan 100 dollardan 69-u Rusiyanın payına düşüb. Qiymətləndirməmiz göstərir ki, ötən illərlə müqayisədə ölkəyə göndərilən remittance (miqrantların göndərdiyi vəsait) həcmi 39.5 faiz aşağı düşüb. Eyni zamanda 2015-ci ildə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin 700 milyon dollar azalacağı proqnozlaşdırılır. Bunun isə ölkə iqtisadiyyatına iki əsas təsiri olacaq. Bunlardan biri odur ki, rayonlarda yaşayan vətəndaşların iqtisadi vəziyyəti çətinləşəcək. İkincisi isə Rusiyada çalışan həmyerlilərimizin təhsilsiz olduqlarını nəzərə alsaq, onları ölkəmizdə işlə təmin etmək də çətin olacaq. Aparılan sorğulara görə demək olar ki, bu şəxslərin əksəriyyəti orta təhsillidir və onların ixtisasları yoxdur. Bu, o anlama gəlmir ki, qayıdanların heç biri işlə təmin olunmayacaq. Lakin qeyd etdiyimiz kimi bu, heç də asan olmayacaq. Təbii ki, bütün bunlar ölkə iqtisadiyyatına da təsirsiz ötüşməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar