Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan gətirilən buğdada zərərverici aşkarlandı

Rusiyadan Azərbaycana gətirilən ərzaqlıq buğdada zərərvericilər aşkarlanıb


Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğdadan nümunələr götürülərək Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Məlum olub ki, buğdada karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları var.

Qeyd edək ki, sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları və ot küləşi ilə, səbətcikləri isə su vasitəsilə yayılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar