Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı sevən ölkələrin və insanların sayı belə azalır?


Cəmiyyətdə insanların, ayrı-ayrı fərdlərin marginallaşması haqda çox eşitmişdik, çox oxumuşduq


Dünya da ölkələrin cəmiyyətidir. Baxıb görürsən ki, elə ölkələr var ki, onlar həqiqətən də marginallaşıblar, özü də bu sözün mənfi mənasında...

Belə ölkələrdən biri də Rusiyadır. Təsəvvür etmirəm ki, hansısa ölkənin telekanalında “Rus məsələsi” verilişi olsun. Bu o deməkdir ki, bunlar özlərinə
dünya ilə vəhdətdə baxmırlar, özlərini dünyadan ayırırlar.
Amma ölkələrə münasibətdə bu mənanı vermək üçün başqa söz işlədirlər. Həmin söz də rus dilindəndir. Bəli, belə ölkələrə “izqoy” dövlətlər deyirlər və təsadüfi deyil ki, Ukraynada proseslər başlayandan sonra rusiyalı analitiklər özləri yazmağa başladılar ki, Rusiya “izqoy” dövlətə çevrilə bilər. 
Aydın olsun deyə bildirim ki, “izqoy” dövlət deyəndə, məsələn, Şimali Koreyanı nəzərdə tuturlar. Rusiya da bu səmtə doğru gedir.

Elə V.Jirinovskinin dediklərində də buna işarə vardı. O da deyir ki, indi çox yerdə rusofobiya baş alıb gedir, amma Azərbaycanda bu, yoxdur. Amma şanlı LDPR-in lideri bir məsələyə aydınlıq gətirmədi: bu rusofobiyanın səbəbi nədir? 
Nədən Rusiyanı sevən, onu anlayan ölkələrin və insanların sayı belə azalır? Bəli, nəinki Jirinovski, elə digərləri də bu suala cavab verməyi sevmirlər və çalışırlar ki, bu sualdan qaçsınlar...
Amma suallardan qaçmaq olmur. Suallar adamı təqib edir. Bizim məmurlar V.Jirinovskinin sözlərini müəllimin nümunəvi şagird haqqında dediyi sözlər kimi qəbul etdilər, hətta tərifdən bir az qızarıb başlarını aşağı da saldılar. 
Di gəl, onlar Jirinovskiyə bir söz deyə bilərdilər. Deyərdilər ki, müəllim, axı bizim insanları öz torpaqlarında sizin sevimli erməniləriniz həbs edir! Siz də “Onlar bizim vətəndaşımız deyil!” deyib farağat durusunuz...
Nə isə. Deyə bilərdilər. Amma demədilər. Ona görə ki, onlar üçün “abadlaşan Azərbaycan”, “dahi azərbaycanlılar” haqqındakı sözlər daha önəmli idi. Olsun. Doğrusu, milli fobiyaların biz də əleyhinəyik. Amma bəzən hər şeyi öz adı ilə çağırmağa ehtiyac duyulur...
Məhz hər şeyi öz adı ilə çağırmağın nəticəsidir ki, ruslar ölkələrinin “izqoy” dövlətə çevrilə bilməsindən ehtiyatlanırlar...
Amma tək ehtiyatlanmaq hələ heç nə demək deyil. V.Putin, elə digərləri də günah kompleksini özlərinə yaxın buraxmırlar. 

SSRİ Koreyanın təyyarəsini öz ərazisində vuranda biz Moskvada tələbə idik. Bəli, o vaxt dedilər ki, guya təyyarə bunların ərazisində çəkiliş aparıb. Amma Koreya təyyarəsi sərnişin təyyarəsi idi. Həm də axı o, nəyi çəkə bilərdi? Məgər kosmosdan hər şey çəkilmirmi? 
ABŞ kosmosdan Rusiya qoşunlarının Ukrayna sərhədində hərəkətini izləyirdi. Hətta V.Putin yalan bəyanatlar verəndə onun yalanlarını da faş etdilər, dedilər ki, qoşunlar hələ də sərhəddədir.
İndi daha bir təyyarəni vurdular. Di gəl, and-aman edirlər ki, bizlik deyil. Halbuki hələ neçə illər bundan əvvəl Koreyaya məxsus təyyarəni vurmuşdular. Aydınlıq üçün qeyd edim ki, söhbət Cənubi Koreyadan gedir, Şimali Koreya bunların dostudur...

Bunlar “izqoy dövlət” söhbətinə indi başlayıblar. Amma daha ayıq insanlar hələ bir neçə il bundan əvvəl deyirdilər ki, siz Rusiyanın çevrəsindəki ölkələrə baxın, bir görün Rusiya ətrafına kimləri toplayıb?!.
Əvvəldə dedik fobiyaları sevmirik. Hər yerin pisi də var, yaxşısı da. Amma bu vaxta qədər Rusiyanın bizə etdiklərini unutmaq olarmı? Düşünürəm ki, bağışlamaq olar, amma unutmaq olmaz. Tarix unutqan millətləri sevmir, onlar öz unutqanlıqları ucbatından eyni bir aqibəti, eyni bir taleyi bir neçə dəfə yaşamalı olurlar...

Ukrayna nə istəyir? Gürcüstan nə istəyir? Onların elə bir iddiası, məkrli planları yoxdur. Onlar sadəcə azad olmaq istəyirlər. Azadlıq istəmək qəbahət və yaxud günahdırmı?
Rusiya nə istəyir? Böyük və qüdrətli olmaq. Amma hansı həddə qədər böyümək olar? Axı biz məhdud bir dünyada, Yer kürəsində yaşayırıq. Elə bu ölkənin qüdrətli olmaq istəyi də adamı qorxudur, ona görə ki, yumşaq şəkildə desək, o, yaxşı ölkə deyil...
Bəli, adamları bir müddət aldatmaq olar. Amma bu, əbədi davam edə bilməz.
Ümid edirik ki, Rusiyadan kənara çıxan, dünyanı görən ruslar bir qədər fərqli düşünürlər və yaxud da ki, düşünəcəklər. Hər halda, buna ümid edirik...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar