Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Qarabağ reaksiyası deputatları hiddətləndirdi

Prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun prezidentlərin Sankt-Peterburq görüşündə mərhələli həlli barədə razılıq əldə olunmasına dair açıqlmasını Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın ədalətsiz şərh kimi qiymətləndirməsi Azərbaycanın millət vəkillərini hiddətləndirib


PİA.AZ saytı ANS TV-yə istinadən xəbər verir ki, millət vəkilləri ədalətsizliyin işğalçının tərəfini tutmaq olduğunu deyiblər. Millət vəkillərinin fikrincə bu bəyanat ona hesablanıb ki, Serj Sarkisyanı devirməsinlər.

"Zaxarovanın o cür açıqlaması qeyri-etikdir və diplomata yaraşmayan üslubdur. O, Novruz Məmmədovun açıqlamasını vicdansız açıqlama adlandırıb, Vicdansızlıq işğala haqq qazandırmaq işğalçını müdafiə etməkdir. Əslində elə Zaxarovanın belə acıqlı cavab verməsi onu göstərir ki, Novruz Məmmədov elə düz deyib", - bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib.
 
Millət vəkili Fəzail Ağamalı Novruz Məmmədovun doğru olmayanı heç vaxt dilinə gətirən məmur olmadığını söyləyib. O bildirib ki, Zaxarovanın açıqlaması birbaşa Serj Sarkisyanın hakimiyyətinin qorunmasına xidmət edən və Putinin mövqeyinin üstündən xətt çəkən açıqlamadır.
 
Həmçinin oxuyun: Novruz Məmmədov erməni nazirə: "Lap ağ eləyib"
 
Millət Vəkili Siyavuş Novruzov isə deyir ki, ümummilli liderin dövründə də bu məsələ müzakirə olunub: "Zaxarovanın bəyanatı Ermənistanın daxilinə hesablanıb, çünki erməni ictimayəti anlayır ki, gec-tez torpaqları qayytarmalıdırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar