Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Qarabağla bağlı niyyəti nədir?


Bəlkə də bu sual üstündə o kəslər baş sındırmalıdırlar ki, onlar həqiqətən də hansısa nəticə gözləyirdilər


Biz özümüzü belələrinə aid etmirik. İrəlicədən belə hesab edirdik, əvvəlki danşıqların və görüşlərin hansı nəticəsi olmuşdusa, bunun da nəticəsi o olacaq - görüşəcəklər və bəyanat yayacaqlar, amma hər şey yenə də olduğu kimi qalacaq, hamısı da Ermənistanın ucbatından...

Nə dedilər? Minsk Qrupu adlanan qurumun həmsədrləri dedilər ki, problemin hərbi yolla həlli yoxdur. Hər dəfə belə bəyanatları eşidəndə məndə sual yaranır: bəs hərbi təcavüzün nəticələrini reallıq kimi qəbul etmək necə, düzgündürmü? Hərbi yolla yaranmış statsus-kvonu əməldə saxlamağa cəhd etmək necə, düzgündürmü?

Bu gün Ermənistan Azərbaycanın Dağlıq Qarabağdan kənardakı bir neçə rayonunu əlində saxlayır. Onlara hətta ad da verib: “təhlükəsizlik zolağı”... Həmin rayonların taleyi danışıqlar prosesinin mühüm komponenti olaraq qalır. Amma Minsk Qrupu üzvləri, elə digər ölkələr də onların hərbi yolla qaytarılmasını istisna edir, di gəl ki, dinc yolla da qaytara bilmirlər. 

Belə olan təqdirdə nə etməli? Axı həmin rayonlar hərbi təcavüzün nəticəsi kimi Ermənistanın əlindədir! Əslində daha düzgünü o olardı ki, dünya birliyi Ermənistanın hərbi təcavüz nəticəsində yaranmış üstünlüyünü qəbul etməsin, rayonların qeyd - şərtsiz qaytarılmasına və tərəflərin “sıfır vəziyyəti”nə qayıtmasına nail olsun. Bəli, bu halda biz “münaqişənin hərbi yolla həlli yoxdur” sözlərini daha səmimi qəbul edər və hətta bununla hesablaşardıq...
Amma ortalıqda ciddi hərbi təcavüz faktı var. Bölgədəki bugünkü hərbi teatr Ermənistanın hərbi təcavüzünün nəticələri əsasında formalaşıb. Və Minsk Qrupunu həmsədrləri “Münaqişənin hərbi yolla həlli yoxdur!” deyəndə hərbi təcavüzün nəticlərinin konservasiya edilməsinə xidmət etmirlərmi? Əlbəttə ki, edirlər. Bu gün mövcud olan status-kvo, bir daha deyirik ki, Ermənistanın bilavasitə hərbi təcavüzünün nəticəsidir....

Hətta Vyana görüşü ərəfəsində ruslar “Təşəbbüsü bizdən alırlar!” deyə vurnuxmağa başladılar. Amma dərhal da sual yarandı: görəsən, söhbət hansı təşəbbüsdən gedir?

Rusiya faktiki olaraq ciddi bir təşəbbüsdə bulunmayıb. Üstəlik, nəhayət ki, bu ölkənin mətbuatından Rusiyanın və Ermənistanın nəyə çalışdığı sızıldı. Məlum oldu ki, atəşkəsə nəzarət üçün Ermənistan “daha ciddi və effektiv nəzarət texnikası”nın tətbiq olunmasını, hətta bölgəyə ayrıcı qüvvələrin gətirilməsini istəyir... 

Bəli, biz bundan duyuq düşmüşdük və bir neçə dəfə də yazmışdıq ki, RusiyaErmənistan çalışır ki, elə bir fon yaratsınlar ki, guya 22 il ayrıcı qüvvələr olmadan gözlənilən atəşkəs rejimi artıq onlarsız keçinə bilmir, bölgədə atəşkəsin gözlənilməsi üçün ayrıcı qüvvələrə və yaxud sülhməramlılara ehtiyac var. Bəs onlar kim ola bilər? Heç şübhəsiz ki, Rusiya qüvvələri, çünki nə ABŞ, nə Fransa, hətta Almaniya bura əsgər göndərməyəcək...
 
Qərəz, onların çalışdığı budur və məhz buna görə də atəşkəsin pozulması belə intensiv xarakter alıb. Bir daha deyirik ki, elə vəziyyət yaratmaq istəyirlər ki, Azərbaycan özünün digər tələblərini unudub sülhməramlıların dərhal gəlməsinə razılıq versin. Bu isə indiki status-kvonun daha bir neçə on ilə dondurulması və ya konversasiya edilməsi deməkdir, çünki Rusiyanın ayrıcılıq missiyasını digər münaqişələrin təcrübəsində görmüşük- gözümüzün önündə Abxaziya və Cənubi Osetiya var...

Təbii ki, Vyanadakı proses zamanı belə incəliklərə varılmadı. Hətta C.Kerridən və ya S.Lavrovdan soruşulmadı ki, hanı sizin status- kvonun məqbul olmaması haqda bəyanatlarınız?..

Güman edirik ki, aprelin ilk günlərində əslində Rusiyanın təxribatı baş tutmadı. Bəlkə də ruslar gözləyirdi ki, Ermənistan Azərbaycanı bir az da sıxışdıracaq və bir az əvvəldə dediyimiz kimi, rəsmi Bakı dərhal və qeyd- şərtsiz bölgəyə sülhməramlıların və yaxud da ermənilərin dediyi kimi, daha ciddi “nəzarət müxanizmləri”nin gətirilməsinə razılıq verəcək. Gəl ki, ermənilər Azərbaycan ordusunun ciddi müqavimətilə üzləşdi və hətta öz mövqelərinin bir hissəsindən çəkilməli oldular. Güman edirik ki, ruslar bunu gözləmirdi, ona görə də hiss olunacaq təlaşla vurnuxmağa başladılar...

Prosesin sonrakı gedişi isə hamıya bəllidir. Bir daha deyirik ki, bu, Rusiya üçün sürpriz oldu -onun mediası hələ də “dördgünlük müharibə”dən yazmaqdan, tərəflərin silah arsenalını tutuşdurmaqdan və öz ölkələrinə onun Kollkektiv Təhlükəsizlik Təşkilatının üzvlüyündən irəli gələn öhdəliklərini xatırlamatqdan yorulmurlar...

Ona görə də bir daha hesab edirik ki, elə Vyana görüşü də əvvəlki görüşlər kimi bircə məqsədə xidmət edir: Azərbaycanın əlini-qolunu bir az da bağlamaq və elə etmək ki, Ermənistan bir neçə il əvvəl qazandığı hərbi üstünlükləri əldən verməsin...

Hüseynbala Səlimov(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar