Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın baş desantından Bakıya mesaj – Kreml valı dəyişir

Rus general: “Sovet İttifaqı dövründə Bakı...”; Dumanın müdafiə komitəsinin sədrindən Azərbaycana maraqlı reverans: “Ermənistanla vahid ordu qardaş ölkə Azərbaycana qarşı deyil və quru qüvvələrdən söhbət getmir”; ABŞ-ın “Statfor” “kölgə kəşfiyyatı” isə əksini iddia edir...


Aprel döyüşlərindən sonra panikaya düşən Ermənistan müttəfiqi Rusiya hesabına tədricən özünə gələ bilib. İşğalçı ölkəyə bəzi müasir döyüş sistemləri verən və onun hava məkanını nəzarətə götürən Rusiya az sonra onunla ortaq hərbi qruplaşma yaratmaq haqda qərar verməklə, təcavüzkarın tək olmadığı, arxasında özünün durduğunu hamıya, ilk növbədə də Azərbaycana nümayiş etdirdi.

Bu mesaj kifayət elədi ki, İrəvan rəsmiləri təzədən Qarabağla bağlı sərt ritorikaya köklənsinlər, Xocalı canisi Serj Sərkisyan isə “Bakını tutmaq” haqda sərsəmləsin. Doğrudan da, “Arxalı köpək qurd basar”. Təbii ki, Azərbaycan da şimaldan verilən mesajdan öz payını götürdü, nəticəsini çıxardı. 

Aydındır ki, biz əlimizi yanımıza salıb torpaqlarımızın ortaq işğalçılarının öz aralarında hərbi müttəfiqliyi necə gücləndiyini kənardan seyr etməyəcəyik. Azərbaycan bu gəlişmələrə qarşı dost-müttəfiq Türkiyə, Pakistan, İsrail hesabına özünün sanballı kontur-tədbirlərini görməli idi və görür də. Azərbaycan işğalçı ölkənin hərbi balans yaratmasına heç cür imkan verə bilməz və verməyəcək. Çünki bu, faktiki surətdə işğal rejiminin ömrünü uzatmaq demək olardı.

*** 
Belə görünür ki, Bakının bu yöndə atdığı, atmağa hazırlaşdığı uğurlu, qətiyyətli və adekvat addımlar, son zamanlar üstəlik, Azərbaycanın ya qardaş Türkiyə, ya da dost Pakistanla hərbi müttəfiqlik sazişi imzalamasının gündəmə gəlməsi Moskvanı da qayğılandırıb. Çünki hər şeydən öncə, bu, ölkəmizi “strateji tərəfdaş” adlandıran Rusiyaya qarşı artan etimadsızlıq deməkdir. 

Belə bir etimadsızlıq öz növbəsində silah bazarında Bakı üçün Rusiyanın yerinin Pakistan, Türkiyə və İsrailin hesabına kiçilməsi deməkdir və Moskvaya maliyyə itkisi vəd edir. Hər halda Ermənistana ötürülən silah-sursatdan Moskva qazanc əldə eləmir. Üstəgəl, silah bazarında Azərbaycanın Rusiyaya əvəzedici axtarmağa başlaması həm də ölkəmizin Kremlin təsir dairəsindən daha da uzaqlaşması anlamına gəlir ki, Kreml bunu da fərq etməyə bilməz.  
   
O üzdən son vaxtlar Rusiya rəsmiləri bir növ Azərbaycana ünvanlı “sedativ” (sakitləşdirici) bəyanatlar verməyə, reveranslar etməyə başlayıblar. Söhbət öncəliklə də Ermənistan-Rusiya vahid hərbi qruplaşması ilə bağı Azərbaycanda yaranan haqlı narahatlıqdan gedir.                               
Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz”. 

Bunu APA-ya açıqlamasında Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov deyib.

General iddia edib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır: “Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”.

Image result for <a href=Rusiya Dövlət Duması">

Ehtiyatda olan general həmçinin Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib: “Burada söhbət quru qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”.

*** 
Əlbəttə ki, bu qəbildən açıqlamalar sırf Azərbaycan ictimaiyyəti üçün nəzərdə tutulub, yəni ictimai rəyə və başımızın altına yeni yastıq qoymağa hesablanıb. Məsələnin pərdəarxası isə məhz yuxarıda dediyimiz kimidir və Ermənistanı Qarabağ məsələsində ənənəvi radikal mövqe tutmağa xidmət edir. 

Söz yox ki, Moskvanın İrəvana təsir imkanları da artıb. Ancaq, hələ ki Rusiya təcavüzkara qarşı nə təzə, nə də köhnə təsir rıçaqlarını işə salmağa tələsmir. Səbəblər barədə yazmışıq. Onlardan biri və ən əsası - Kremlin Qarabağ ixtilafı sayəsində Azərbaycanla və Ermənistanı öz orbitində saxlamaq istəyi ilə ilgilidir.

ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik şirkəti də özünün 2017-ci il üçün yaydığı hesabatında qeyd edir ki, gələn il Rusiya Qərblə 3 illik qarşıdurmadan sonra, Azərbaycan da daxil, postsovet respublikalarında əldən çıxmış mövqelərini qaytarmaq imkanı əldə edə bilər. 

“Stratfor” bu xüsusda öz təhlilinin Azərbaycana aid hissəsində yazır: “Moskva Bakı ilə də fəal şəkildə hərbi-texniki əməkdaşlığı davam etdirir. Son illər Azərbaycan milyardlarla dollar məbləğində Rusiya silahları alıb. Qonşu Ermənistana gəlincə, İrəvanın Moskvaya qarşı loyallığı apreldə Qarabağda vəziyyətin kəskinləşməsi və döyüş əməliyyatlarına keçməsi üzündən şübhə altına qoyulub. 

Image result for Vladimir Şamanov

Aprel döyüşləri isə həm də Rusiyanın başının Ukrayna və Suriyaya qarışması nəticəsində baş verib. Əgər Qərbin təzyiqləri zəifləsə, bu, Moskvanın əl-qolunu açacaq və ona Azərbaycan, Ermənistan və Özbəkistan kimi postsovet respublikalarında itirilmiş mövqelərini geri qaytarmağa imkan yaradacaq. Öz növbəsində son illər daha çox Qərbə sarı boylanan Belarus oyun oynamağa son verib qəti şəkildə Rusiya orbitinə qayıda bilər”.

*** 

Rusiyanın sabiq baş desantının və nüfuzlu generalının Bakı mesajını həm də bu aspektdə qiymətləndirmək lazım gəlir. Əlavə edək ki, general-polkovnik Vladimir Şamanov illər öncə - Rusiya Hava Desant Qüvvələrinin  komandanı vəzifəsində ikən Rusiyanın çevik müdaxilə qüvvələrinin yaradılması ideyasını müəllifi olub. Sırf Kremlə, prezident Putinə tabe olan həmin qüvvələr qanuna görə, “Rusiyanın həyati maraqlarını qorumaq” adı ilə dünyanın istənilən ölkəsinə icazəsiz təcavüz etmək hüququna malikdir - o ki ola, Azərbaycan da daxil, həmsərhəd və “Yaxın xaric” ölkələrinə.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar