Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın enerji “üçbucağı” təklifi Azərbaycana nə vəd edir?

Elxan Şahinoğlu: “İnanmıram ki, Rusiya Azərbaycan və İranla birgə enerji əməkdaşlığında maraqlı olsun”


Biz Rusiya, Azərbaycanİran arasında “üçbucağın” yaradılması üzərində çalışırıq. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.  Burada söhbət enerji məsələləri üzərində əməkdaşlıqdan gedir. Müsahibəsində bir çox məsələlərə toxunan səfirin fikirlərindən ən çox maraq doğuran məsələ məhz bu olub. Regiondakı enerji layihələrinin bir çoxundan kənarda qalan Rusiyanın bu “üçbucağı” əsasən enerji məsələlərində  müttəfiqlik üzərində düşünülüb. 

Bu isə o deməkdir ki, Rusiya-İranAzərbaycan strateji müttəfiqə çevrilə bilərlər. Səfirin açıqlamasında qeyd  olunan əməkdaşlığın nə dərəcədə real olması da sual doğuran məqamlardan biridir. Bundan əlavə, regiondakı iki güc dövlətinin daxil olduğu üçlüyə qatılmaq Azərbaycanın milli maraqlarına uyğundurmu?

“Yeni Müsavat”a açıqlamasında bu məsələni şərh edən politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbər Elxan Şahinoğlu bu məsələdə Rusiyanın səmimiliyinə inanmadığını bildirdi: “İnanmıram ki, Rusiya Azərbaycanİranla birgə enerji əməkdaşlığında maraqlı olsun. Hazırda iki ölkə arasında nəqliyyat dəhlizi müzakirə olunur və Azərbaycan bu məsələdə maraqlıdır ki, İranla Rusiyanı birləşdirən dəmir yolu ölkəmizin tranzit statusunu artırır. Bizə gələn xəbərlərə görə, İranRusiya eyni məsələ ilə bağlı Ermənistanla da danışıqlar aparır. Ermənistana böyük nümayəndə heyətləri Tehrana gedir, hərbi əməkdaşlıq haqqında da fikir mübadiləsi gedir. Üstəgəl, hərbi əməkdaşlıq haqqında da fikir mübadiləsi gedir. İran qazının Ermənistan üzərindən satışı da gündəmdədir. Rusiya əgər həqiqətən Rusiya-İran-Azərbaycan enerji əməkdaşlığında maraqlı olsaydı, gərək fəallıq nümayiş etdirəydi. Ancaq biz Rusiya hökumətinin bu istiqamətdə fəallıq nümayiş etdirdiyini hələ ki müşahidə etmirik”.
 
Ekspertin sözlərinə görə, Azərbaycanla əməkdaşlıqda İran daha fəaldır: “Əksinə, İran daha fəaldır və həm Azərbaycanla, həm Ermənistanla paralel danışırlar aparır. Kimə üstünlük verəcəyini hələ müəyyənləşdirməyib. Azərbaycan üzərindən sanksiyalar götürüldükdən sonra nümayəndə heyətləri İranda oldu. Azərbaycanın iqtisadiyyat naziri də orada danışıqlar apardı. Bugünlərdə prezident İlham Əliyevin də İrana səfəri olacaq ki, bu məsələləri bir daha diqqət mərkəzinə gətirsin. Ona görə də mən hələ ki bu qərarın verildiyini düşünmürəm ki, Rusiya-İran-Azərbaycan üçlüyü enerji məsələlərində əməkdaşlıq edə bilər”. 

Politoloq onu da diqqətə çatdırdı ki, Rusiya Azərbaycanın enerji və tranzit məsələləri ilə bağlı planlarından narahatdır: “Azərbaycan əsas enerji və tranzit resurslarının bir hissəsini Rusiyadan yan keçməklə Avropaya çıxarmağı planlaşdırır. İstər, Bakı-Tiflis - Qars layihəsi, istər Çindən başlayan, Ukraynadan uzanan dəmiryol nəqliyyat xətti hamısı Rusiyadan yan keçib və bu Moskvanı  qıcıqlandırır. Rusiya Ukraynanı blokadaya salmaq istəyir və dəmir yolunun o ölkədən keçməsinə imkan vermir. Ancaq Azərbaycan imkan yaradır ki, Ukrayna Gürcüstan və Azərbaycan üzərindən bunu həyata keçirsin.  Digər bir faktın üzərində də dayanmaq istərdim ki, Rusiyanın İrandakı səfiri erməni əsillidir. Mən inanmıram  ki, həmin şəxs İran-Rusiya-Azərbaycan əməkdaşlığına töhfə versin. Yəqin ki, onun fikrindəki məqamlardan biri Rusiya- İran əməkdaşlığı ilə yanaşı, Ermənistan-İran əməkdaşlığını da qurmaq və İran-Azərbaycan əməkdaşlığını pozmaqdır. Bu amili də nəzərə alaraq mən inanmıram ki, Rusiya bu üçbucağın yaranmasında, İran - Rusiya - Azərbaycan enerji əməkdaşlığının yaranmasında maraqlı olsun”. 

Bu “üçbucağın” Azərbaycanın milli maraqları baxımından dəyərləndirilməsinə gəlincə, E.Şahinoğlu vurğuladı ki, müstəqilliyimizə xələl gətirməyən istənilən əməkdaşlıq Azərbaycan üçün faydalıdır: “Burada şərt ondan ibarətdir ki, istənilən  əməkdaşlıq Azərbaycanın müstəqilliyinə təhdid yaratmasın və bununla yanaşı, ölkənin gəlirlərinin artması üçün imkan yaratsın. Əgər İranla əməkdaşlıqda bu iki amil gözləniləcəksə, bu bizə faydalıdır. Mən düşünmürəm ki, İranla əməkdaşlıq Qərblə əməkdaşlığa ziddiyyət təşkil edir. Əksinə, İran bu gün sanksiyalardan qurtulub və Qərblə əməkdaşlığa ehtiyacı var. Qərb də İranla əməkdaşlıqda maraqlıdır. Ona görə də İranın Azərbaycanla və Qərblə əməkdaşlığı bir-birinə zidd deyilə, bəlkə də bir-birini tamamlayır. Ancaq əsas şərt odur ki, İran siyasi mənada Azərbaycanın işlərinə qarışmır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar