Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın hərbi məşqləri Minski niyə ehtiyatlandırır? – Təhlil


Kelli Cil

“Politico” (ABŞ)


Rusiyanın Belarusla birgə keçirdiyi “Qərb” (“Zapad”) hərbi təlimləri Baltikyanı qonşular və hətta Belarusun özü üçün qapalı, təhlükəli təcavüz proqnozları doğurub. Amma Qərb, deyəsən, qış yuxusundadır, hadisənin ilkin mahiyyətini hələ anlamaq gücündə deyil.

“Qərb” – gündəlik, planlaşdırılmış məşqdir. Yalnız bu il Rusiyanın Avropaya böyük təhlükəsi görünməyə başlayıb. Halbuki Krımın ələ keçirilməsi və Ukraynaya qarşı hücum əməliyyatları hələ də ağlımızda qaysaqlanmamış yaralardır.

Bu miqyasda təlimlər 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Ukrayna əleyhinə hərbi əməliyyatlar aparmaq üçün keçirilib.

Bəzi Baltikyanı dövlətlər eyni şeylərin baş verəcəyi narahatlığını ifadə edib. Ancaq Rusiyanın hər bir təlimi təcavüz və qonşunun işğalı ilə bitmir.

Doğrudur, bu hərəkətlərin əvvəlki iki nümunəsi dərhal siyasi böhranla nəticələnib. Rusiyanın baxışınca, Gürcüstan və Ukraynada baş verən hadisələr buna əsas verib.

Lakin hazırda Rusiyanın şimali-qərbində belə münaqişə ocağı yoxdur. Hər halda, Qərb də Rusiyaya qarşı hər hansı düşmən hərəkətlər etmir.

Rusiyanın hərbi avantürizminin təhlükəsi mövcud olarkən Qərbin Baltikyanı dövlətlərdə NATO timsalında əks-cavabı yoxdur.

İndi kiçik, lakin əhəmiyyətli NATO batalyonları Rusiyanın təlim ssenarisindən sapmalara qarşı əhəmiyyətli bir sığorta polisini təmin edir.

Həmişə olduğu kimi, həyata keçirilən təlimin əsas məqsədi – müharibəyə hazırlıq və Rusiyanın komanda, nəzarət, təşkilatlanma, logistika və xüsusi qabiliyyətlərini sınaqdan çıxarmaqdır.

Digər tərəfdən, bu, həm də Qərb müşahidəçilərinin baş verənləri izləmək və nəticə çıxarması üçün fürsətdir.

Rusiyanın hərbi gücü sürətli templə dəyişib. Planlaşdırılan təlimin icraatında bir sıra aspektlər analitiklər və digər ölkələrin silahlı qüvvələri üçün maraqlı olacaq.

Əvvəlki illərdə Rusiya-Belarus birgə təlimlərində aktiv fəaliyyət göstərən “informasiya-operativ birlikləri” rəsmi olaraq bu ilin fevral ayında açıqlanıb.

Rusiyanın “informasiya müharibəsi”ndə iştirakı halında, bu qoşunlardan taktiki və operativ səviyyələrdə necə idarə ediləcəyi diqqətlə izlənilməlidir.

O, Qərbdən müşahidəçi dəvət etməsə də, – ruslar bunu qətiyyətlə rədd ediblər, – Belarus təlimin şəffaf keçirilməsinə təkid edib, böyük Qərb mediası belaruslular tərəfindən “Qərb”i izləməyə çağırılıblar.

Rusiyanın hərbi avantürizminin perspektivində Avropanın həyəcanı Moskvanı rahat bir mövqeyə qoyur.

Qorxu – Rusiyanın ritorikası, onun qonşuları və rəqiblərinə qarşı hərbi əməliyyatlar keçirməyə dair müntəzəm bəyanatlarından doğur. Bu təlim Kremlin işinə çox yarayır.

Bunun əvəzinə Belarus gərginliyi susdurmaq və məşq ssenarisinin qeyri-təsadüfi və qəsdli hərəkət olmadığını isbatlamaq üçün özünü qurban verib.

Rəsmi Minsk təlimlərdən ötrü Polşa, Litva və Ukraynanın sərhədləri yaxınlığını yox, ölkənin ortasını məkan seçib. Bu bilərəkdən edilib, yanlış şərh-yozum, yaxud insident şansını azaltmaq üçün. Rusiya qoşunları və təyyarələri NATO – yaxud Ukrayna – sərhədlərinə yaxınlaşdıqda, şimal cinahında rus varlığı həqiqətən həyəcan doğurur.

Lakin Qərb müşahidəçiləri Belarusun bu açıqlığını qəbul edərkən, ölkənin daha geniş görüntüsü gözdən yayına bilər.

Xarici müşahidəçilər və jurnalistlər təlimlər zamanı Belarusda baş verən bəzi hadisələri görəcəklər, lakin Rusiyada daha böyük manevrləri nəzərdən qaçacaq.

Rəsmi olaraq başa çatdıqdan sonra bütün Rusiya qoşunlarının və avadanlığın həqiqətən də Belarusdan çıxacağını indidən demək çox tezdir.

Sentyabrın 14-20-də Belarusda baş verən hadisələrin izlənməsi başqa yerlərdə və ya daha sonra baş verə biləcək gerçək hekayətdən diqqəti yayındıra bilər. Həmişə olduğu kimi, “Qərbin” real əhəmiyyətini, arxasında duran məqsədləri anlamalıyıq.

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar