Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın kəşfiyyat rəisi Bakıda sensasion açıqlama verdi

“Yaxın Şərqi zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqazda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik”


Sentyabrın 28-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclası öz işinə başlayıb.

Prezidenti İlham Əliyevin adından görüş iştirakçılarını Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov salamlayıb. O, təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində iclasın rolunu qeyd edib. F.Ələsgərov deyib ki, bir müddət əvvəl Azərbaycanın xüsusi xidmət orqanları bəzi təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması məqsədilə bir sıra uğurlu əməliyyat keçirib: “Səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq əlaqələri xüsusi xidmət orqanları qarşısında dayanan məsələlərin həlli zamanı əhəmiyyətli nəticələrə nail olmaq üçün zəmin yaradır”.

APA-nın məlumatına görə, PA rəsmisi bildirib ki, MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurəti yaradır. Onun sözlərinə görə, bu cür qarşılıqlı anlaşmaların yaratdığı bütün imkanlardan tam istifadə etmək vacibdir.

 

F.Ələsgərov görüşün MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi məsələsində səylərin daha çox birləşdiriləcəyinə şərait yaradacağına ümidvar olduğunu söyləyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev isə ümumi təhlükəsizliyə qarşı təhdidlərin, eləcə də terrorizm, ekstremizm və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınmasında aktuallıq daşıyan məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə konkret töhfə verəcəyinə əminliyini söyləyib.

Fuad Ələsgərov: “MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurətini yaradır”

O qeyd edib ki, dünyada artan terror aktivliyi, dini-radikal və ekstremist qruplaşmaların transmilli mütəşəkkil cinayətkarlıqla birləşməsi daha sıx əməkdaşlıq, bu çağırış və təhdidlərə cavab vermək üçün yeni və səmərəli yolların işlənib hazırlanmasını tələb edir: “Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirir. Sabitlik və təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara qarşı olan təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır”.

Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, eləcə də tədbirdə qonaq qismində təmsil olunan Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.



“Minskdə keçirilmiş iclasımızdan, eləcə də bu ilin iyul ayında Sankt-Peterburqda baş tutmuş xarici dövlətlərin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının xüsusi xidmət rəhbərlərinin 15-ci iclasından nisbətən qısa zaman keçib. Bu müddətdə dünyada və bizim ölkələrdə əməliyyat mühitinin xarakterinə müəyyən təsir göstərən hadisələr baş verib, birgə müzakirə tələb edən çağırış və təhdidlərin yeni elementləri və onların həlli üçün ümumi yanaşmalar müəyyən olunub”.

“Report” xəbər verir ki, bu sözləri də Mədət Quliyev çıxışı zamanı deyib.
MDB  üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası yarandığı dövrdən onun iclaslarında baxılan məsələlərin siyahısı kifayət qədər genişlənib”.

 

APA-nın məlumatına görə, bu sözləri isə şuranın sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov şuranın Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, son dövrlər əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizədə ümumi yanaşma, terrorçuluq sahəsindəki cinayətlərdə iştirakı olan şəxslərin müəyyənləşdirilməsi, axtarışı və saxlanması sahəsində birgə tədbirlərin planlaşdırılması və reallaşdırılması, informasiya sahəsinin qorunmasına yönəlib: “Bu məsələlər son zamanlar xüsusilə aktualdır. Belə ki, hazırki geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır. İŞİD, ”Cəbhat-əl-Nüsra" kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv  və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər.

Bunun üçün onlar bir çox vasitələrdən, o cümlədən agentlərdən, peyk əlaqə vasitələrindən, internetin imkanlarından yararlanırlar. Ona görə də hesab edirəm ki, bizim əməkdaşlığımızın effektivliyini və nəticəsini artırmaq üçün daha sıx və çoxsəviyyəli qarşılıqlı fəaliyyət həyata keçirmək, operativ fəaliyyət göstərmək, daimi informasiya mübadiləsi sahəsində yeni imkanlar axtarmaq lazımdır".



Nəzərə çatdıraq ki, radikal, ekstremist qrupların, terror şəbəkəsi rəhbərlərinin Şimali Qafqazla bağlı planları hər zaman mövcud olub. 

Son bir ildə xeyli sayda İŞİD sıralarında döyüşüb Azərbaycana qayıdan (onların xəfiyyəlik edəcəyi, burada təbliğat aparacağı və ya hansısa planlar quracağı da istisna deyil-red.) ölkə vətəndaşı, habelə qonşu ölkələrin vətəndaşları hüquq-mühafizə orqanlarımız tərəfindən həbs ediliblər. İndiyədək bir neçə dəstə ifşa edilib və mühakimə olunaraq ağır cəzalar alıblar. Amma heç şübhəsiz ki, ələ keçməyənlər də qalmaqdadır...

Bundan başqa, İŞİD rəhbərliyində olan şəxslər bir neçə dəfə Şimali Qafqazı da “fəth” edəcəklərinə dair bəyanatlar veriblər. Onların ciddi dəstəkləri olduğu istisna deyil. Təbii ki, Şimali Qafqazdan söhbət getdikdə, Azərbaycanın da hədəf olduğu danılmazdır. Bu baxımdan, terror şəbəkələrinə qarşı birgə səylər olduqca zəruridir. 

Bir məqamı da nəzərə çatdıraq ki, hətta referendum öncəsi ölkəmizdə sorğu keçirən ABŞ sosioloji araşdırmalar mərkəzi - ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı da terrorla bağlı durumu araşdırmışdı. Həmçinin onlar keçirdikləri sorğuda vətəndaşlarımızdan terror təhlükəsinə dair soruşublar. 

“Respondentlərin 98,4%-i əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9%-i inanır ki, bir çox ölkədə qeyri-stabil vəziyyət olduğu halda, Azərbaycan regionda ən stabil ölkədir. Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda,  89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı,  88,9%-i İnsan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduğunu bildirib” - deyə, sorğunun elan edilən nəticəsində bildirilirdi.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar