Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın parçalanması ssenarisi


“Sibir Çinə qaytarılacaq…”


Putinin keçmiş köməkçisinin Rusiya üçün yaxın gələcəklə bağlı QORXUNC proqnozları…

Amerika mətbuatının məlumatına görə, Kremlin keçmiş böyük rütbəli məmuru Andrey İllarionov bəyan edib ki, Ukrayna böhranında Rusiya üçün hadisələrin ən xoşagəlməz inkişafı onun öz torpaqlarının böyük bir hissəsini itirməklə nəticələnə bilər. Onun sözlərinə görə, Rusiya Çinə, Yaponiyaya və özünün digər qonşularına Sibir, Kuril adaları və Kalininqrad kimi əraziləri qaytarmaq məcburiyyətində qalacaq.

SOYUQ MÜHARIBƏ “İSTİLƏŞƏCƏK”: SİBİRİN ÇİNƏ QAYTARILMASI

Rusiya Federasiyası prezidentinin iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Andrey İllarionov bu yaxınlarda bəyan edib ki, Ukraynadakı böhran indiki ”yeni soyuq müharibəni” çox böyük qurbanlar hesabına geniş masştablı “isti müharibəyə” çevirə bilər. O, bunu belə izah edir ki, Rusiyanın rəqiblərinin imkanları onun gücündən qat-qat üstündür və ona görə də, baş verə biləcək hər hansı bir müharibə qəti şəkildə Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək. Putin hakimiyyətinin tənqidçisi kimi şıxış edən İllarionovun sözlərinə görə, məğlubiyyət onunla nəticələnəcək ki, Rusiyanı işğal edəcəklər və yüz milyondan çox əhalisi olan bu böyük ölkə xəstəliklər, aclıq və elektrik enerjisinin çatışmaması ilə üzləşəcək. Sözsüz ki, qonşu ölkələrin Rusiyaya qarşı ərazi iddiaları qalmaqdadır. Ancaq hələlik susmağa üstünlük verənlərlə yanaşı, iddialarını ortaya qoyanlar da var.

Andrey İllarionov Rusiyanın öz qonşularına qaytaracağı əraziləri sadalayıb. Onun sözlərinə görə, Sibir ilə 1,5 milyon kvadrat kilometr sahəsi olan Uzaq Şərq torpaqları Çinə, Kuril və Saxalin adaları Yaponiyaya, Kalininqrad vilayəti Almaniyaya (keçmiş Prussiya) qaytarılacaq. Bundan əlavə, Rusiyanın cənubundakı beş region Ukraynaya, qərbindəki iki regon Belarusa, şimal-qərbdəki bir neçə rayon Estoniya və Latviyaya, şimaldakı böyük bir ərazi hissəsi isə Finlandiyaya veriləcək. Artıq bir necə dəfədir ki, informasiya vasitələrində tez-tez buna bənzər fikirlər səslənir. Ukrayna və Pribaltikanın tanınmış alimləri və ictimai fəalları deyirlər ki, nə vaxtsa Rusiya öz torpaqlarını, onun əsl sahiblərinə geri qaytarmağa məcbur olacaq. Ukraynalı politoloq və alim Oleq Soskin bildirib ki, Rusiyanın cənubundakı Voronej və Rostov vilayətləri tarixi baxımdan Ukraynaya məxsusdur. Onun sözlərinə görə, Rusiya Federasiyası beynəlxalq oyun qaydalarını pozub. Soskin bu haqda deyib: ”Yaxşı olar ki, Rusiya ərazilərində referendumlar keçirilsin və əhalinin onun tərkibində qalmaq istəyi müəyyənləşsin. Uzaq Şərqdə, Kuril adalarında, Qafqazda və Kalininqrad vilayətində referendum keçirmək yaxşı olardı. Onda yerli əhali azadlıq və müstəqillik ilə Rusiya Federasiyasının tərkibində yaşamaq arasında seçim etmək imkanı qazanar”. Andrey İllarionov onu da etiraf edir ki, hələlik Rusiyanın öz torpaqlarından əl çəkməsi ehtimalı azdır. O, əlavə olaraq bu məsələdəki gələcək perespektivi necə görməsi barəsində söyləyib: “Ancaq deyilənlər də daxil olmaq şərti ilə, Rusiya üçün gələcəkdə daha xoşagəlməz vəziyyətın yaranıb inkişaf etməməsi üçün ilk növbədə Ukraynadan qopardılmış Krım yarımadası geri qaytarılmalıdır”.

Hələ Sovet İttifaqı dağılmamışdan qabaq da İllarionov gənc mütəxəssis kimi iqtisadi məsələlər üzrə mühüm vəzifə tuturdu. Sonra o, Putinin iqtisadi məsələlər üzrə köməkçisi işləyib. İllarionov 2005-ci ildə hakimiyyətin apardığı iqtisadi siyasətlə razılaşmadığı üçün tutduğu vəzifədən könüllü istefa vermişdi. Hal-hazırda o qurucusu və prezidenti olduğu “İqtisadi analiz institutu”nda fəaliyyət göstərməklə yanaşı ABŞ-ın “Kotton” araşdırmalar institutunun da əməkdaşıdır. Bu fikirlərinə görə İllarionov öz ölkəsində güclü tənqid atəşinə tutulub. Rusiyada xeyli adam Ukraynanın şərq rayonlarının Rusiyaya birləşdirilməsinə müsbət yanaşır və onlar deyirlər ki, İllarionov “beşinci kolon”un nümayəndəsi kimi Qərbin yardımçısı rolunu oynayır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar