Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yeni “Milyarderlər ittifaqı” layihəsi


Sabiq MTN “şefi”nin və Rusiya generalının Avrasiya hərəkatını elan etməsinin pərdəarxası; İlham İsmayıl: “Avrasiya ideyasını aktuallaşdırmaq yaşının bu vaxtında Nəriman müəllimin, ya İlqar Qasımovun heç də öz ideyası ola bilməz”


Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya hərəkatı yaradır.

Bu barədə virtualaz.org saytına təşəbbüs qrupunun üzvlərindən biri məlumat verib.Nəriman İmranovun və İlqar Qasımovun əsas məqsədi Azərbaycanda Putinin Avrasiya İttifaqı ideyasını populyarlaşdırmaqdır. Bugünlərdə təşəbbüs qrupu hərəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib. “Dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər və yeni geosiyasi çağırışlar  avrasiyaçılıq ideyasının aktuallaşmasını təbii olaraq ön plana çıxarır, onun müvafiq milli hərəkat formasında təşkilati-praktiki həllini israrla tələb edir” deyə, təşəbbüs qrupunun bəyanatında deyilir.

Qeyd edək ki, sovet KQB-sinin zabiti Nəriman İmranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü ilin payızınadək nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümmətovun, Arif Paşayevin  və Baba Nəzərlinin qaçırılmasından sonra Nəriman İmranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm cəzasına məhkum edilib.
Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra N.İmranov Qobustan həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə əfv edilib.

2002-ci ildən Nəriman İmranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi. Onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması böyük marağa səbəb olub. 



Rusiyanın ədliyyə generalı olan “Azərbaycan yolu” Hərəkatının sədri İlqar Qasımovun adı vaxtaşırı qalmaqallarla gündəmə gəlib. Sabiq MTN şefinin isə Azərbaycanda yaşadığı bildirilir. Bu mənada N.İmranovun Azərbaycanda yaşadığı halda Azərbaycan hakimiyyətinin iradəsinə zidd hansısa addımlara getməsi də şübhəli görünür. 

Xatırladaq ki, son seçkilər ərəfəsində baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Rusiyada yaşayan azərbaycanlı milyarderlərdən ibarət “Milyarderlər ittifaqı” yaradılmışdı. Təşkilatın məqsədi Azərbaycan hakimiyyətinə təzyiq göstərərək xarici siyasətdə mühüm dəyişikliklərə məcbur etmək idi. Amma bugünlərdə A.Abbasov təşkilatın fəaliyyətini dayandırdığını bəyan etdi və hesab edilirdi ki, burada Bakı ilə Moskva arasındakı anlaşmaların da rolu olub. Eyni zamanda A.Abbasovun qardaşının həbsi, digər ailə üzvlərinə qarşı təzyiqlərin də bu təşkilatın sonuna rəvac verdiyi iddia olunur. 



Prezident seçkiləri ərəfəsində “Milyarderlər ittifaqı” Azərbaycanın daxilində kifayət qədər narahatlıqlar yaratmağa müvəffəq olmuşdu. Odur ki, Azərbaycan hakimiyyəti bu projenin durdurulması üçün xeyli əziyyət çəkməli oldu. 

İndi də parlament seçkiləri ərəfəsində bənzər layihə işə salınıb. Bu mənada hesab olunur ki, Kremlin Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi görünmür. Təşkilatçılar açıq şəkildə deyirlər ki, Azərbaycanın Avrasiya Birliyində yer almasına səy göstərəcəklər. 

Odur ki, ortaya sual çıxır: bu, Kremlin növbəti oyunu ola bilərmi?

Yeri gəlmişkən, bir müddət öncə Putin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında yer alacağının anonsunu vermişdi. Həmçinin Bakının Gömrük İttifaqına qoşulacağı halında Qarabağ məsələsində tənzimlənməyə start veriləcəyi barədə rus ekspertlərindən açıqlamalar silsiləli qaydada eşidilməyə başladı. Belə bir məqamda ABŞAvropa İttifaqı rəsmilərinin Bakıya səfəri, münasibətlərdə mülayimləşmənin müşahidə edilməsi Rusiyanı razı sala bilməzdi. Sabiq MTN-çilərin hərəkətə keçməsi bu mənada təsadüf sayılmır.


 
Sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl “Yeni Müsavat”a dedi ki, bu kimi addımların atılması heç vaxt səbəbsiz olmur: “Həbsdən çıxandan uzun müddət sonra keçmiş nazirin və İlqar Qasımovun qəfildən belə bir addımı atması təbii ki, arxada bir qüvvənin olmasından xəbər verir. İkincisi də birdən-birə hər şeyi unutmuş adamların yenidən indiki dövrdə, yaşlarının bu vaxtında siyasi səhnəyə qayıtması, sadəcə olaraq, öz təşəbbüsləri kimi dəyərləndirilə bilməz. Bu təşəbbüsün arxasında elə deyildiyi kimi, Rusiya dayana bilər”. İ.İsmayıl güman edir ki, buna rəvac verən başqa bir məsələ də rəsmi Bakı ilə Avropa arasındakı soyuq münasibətlərdir: “Yəni bunu son dövrdə Azərbaycan rəsmilərinin Avropaya qarşı olan qəzəbli, tənqidi münasibətinin nəticəsi kimi dəyərləndirmək lazımdır. Həm Rusiya, həm Rusiya ətrafında dayanan, avrasiyaçılıq ideyası ilə ”silahlanmış" qüvvələr fürsətdən istifadə edirlər, bu ideyanın aktuallaşması səbəbi ilə önə çıxırlar. Azərbaycan rəsmilərinin Avropaya ünvanlı tənqidi münasibətlərinin tez-tez ortaya çıxması da buna rəvac verən məsələlərdən biridir. 

Hər halda, son dövrdə, Avropa İttifaqının rəsmisi Tusk da gəlib-gedəndən sonra bu məsələyə münasibətlərdə yumşalmanın, yaxınlaşmanın hiss olunmasından sonra, görünür, “bəzi qüvvələri işə salmağın vaxtı çatıb” deyiblər. Qrupun bəyanatına baxıram, ifadəyə fikir verin: “Müvafiq milli hərəkat formasında təşkilati-praktiki həllini israrla tələb edir”. Əgər bu avrasiyaçılıq Azərbaycanı təzədən Rusiyanın qoynuna atmaqdırsa, burada nə “müvafiq milli hərəkat formasından” söhbət gedir?" Ekspert deyir ki, Azərbaycan hökuməti bu təşəbbüsə loyal yanaşmamalıdır. 

İ.İsmayıl Nəriman İmranovun Azərbaycanda yaşadığını qeyd etdi və bildirdi ki, vaxtilə onun rəhbərlik etdiyi nazirlikdə işləyib: “O, mənim nazirim olub, bir neçə dəfə Dağlıq Qarabağda ezamiyyətdə olmuşuq. Lakin o, heç vaxt anti-Azərbaycan mövqeyində olmayıb. Bu bəyanatda da hiss olunur ki, guya orada anti-Azərbaycan mövqeyi yoxdur. Amma hamı bilir ki, yeni geosiyasi çağırış adı altında Avrasiya ideyasını aktuallaşdırmaq yaşının bu vaxtında Nəriman müəllimin, ya İlqar Qasımovun heç də öz ideyası ola bilməz”. Ekspert qeyd etdi ki, Azərbaycanda bu ideyaya daha kimlərin dəstək verməsi bir azdan sonra bəlli olacaq: “Ümumiyyətlə, burada Azərbaycanın Rusiyanın təsiri altında olmasını istəyən siyasi qüvvələr, yaxud qeyri-siyasi adamlar çoxdur. Azərbaycanda ”Beşinci kolon" mövcuddur. Hər halda, bu, ciddi məsələdir. Düzdür, bu, Azərbaycanda özünün geniş ətrafını tapmayacaq. Amma bunu  nəzarətsiz də buraxmaq olmaz". (musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar