Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya qonşu olmaq bədbəxtliyi

“Heç kimə Rusiya kimi qonşu arzu eləmirəm, Rusiyanın qonşuları ondan ciddi əziyyət çəkir”


Bunu Rusiyada haqsız məhbəs həyatı yaşamış cəsur ukraynalı pilot Nadejda Savçenko AŞPA-da çıxışı zamanı söyləyib. Nadya təbii ki, acı gerçəyi deyib. 

Həqiqətən, Yaponiyadan tutmuş, Baltik sahili ölkələrə və Ukraynayadək, Moldova və Gürcüstanadək - Rusiya ilə həmsərhəd ölkələrin hamısı, xüsusən də postsovet məkanının kiçik ölkələri ya daima “şimal ayısı”nın təhdid və hədələri altındadır, ya da illərdir onun təcavüzünə məruz qalıb da suverenlik, ərazi bütövlüyü problemi yaşamaqdadır. Bir sözlə, qonşuların hamısı bu və ya digər dərəcədə Rusiyadan dad edir. 

Ukrayna, baltikyanı ölkələr yenə hələ şükürlüdür, Azərbaycanın bəxtinə üstəlik, mənfur ermənilərlə qonşuluq düşüb. Təsəvvür edirsiz, tək Rusiya ilə qonşu olmaq onsuz da bizə artıqlaması ilə bəs edirdi, bu yandan da Azərbaycana qarşı torpaq iddiası ilə alışıb-yanan ermənilər. Söz yox ki, rusların “dobrosu” olmasa, erməni bölgədə bir qələt yapa bilməz. Amma yapır, çünki “Arxalı köpək qurd basar”. 

Qarabağ məsələsində rus və erməni ilə qonşuluğun acı bəhrəsini üçüncü on ildir dadırıq. Son Peterburq görüşü də göstərdi, nə qədər ki, biz müstəqil Dağıstanla deyil, məhz müstəqil Rusiya ilə qonşu olacağıq, bir o qədər Dağlıq Qarabağ konflikti ədalətli həllini tapmayacaq və üstəlik, Rusiyanın bütövlükdə Azərbaycanı öz tərkibinə “qatmaq”, “udmaq” təhlükəsi aktuallığını itirməyəcək. 

Amma və lakin, nə edəsən ki, Ermənistanı öz adı ilə çağıran bizlər Rusiyaya gələndə yalandan “strateji tərəfdaş”, “dost ölkə” ifadələrini işlətmək, ehtiyatlı davranmaq zorundayıq. Çünki Rusiya beynəlxalq hüququ, sivil birgə mövcudluq qaydalarını hərləməyən yırtıcı bir dövlət. Krım insidenti yaddan çıxmayıb. Eyni zamanda o, öz maraqları naminə təzadlı, çox vaxt da ikiüzlü və sinik (abırsız) siyasət yürüdən bir nüvə dövləti. Yoxsa ki, öz ərazisində separatizmi (əslində milli-azadlıq hərəkatlarını) qan gölündə boğub (Çeçenistan), qonşu ölkələrdə onu körükləyən, separatçı rejimlərin arxasında duran, onları rəsmən tanıyan bir dövlətə “nəcib”, “normal” adımı qoymalıyıq?

Artıq gün kimi aydındır ki, Vladimir Putin hakimiyyətdə qaldıqca həmsərhəd ölkələrə, hətta NATO üzvü Baltik ölkələrinə rahatlıq olmayacaq. Adam açıq şəkildə bəyan edib ki, SSRİ-nin çöküşünə dəhşətli dərəcədə üzülür. Bundan sonra o, Sovetlər Birliyinin reanimasiyasına yönəlik Avrasiya layihələrini irəli sürüb və onları israrla həyata keçirməyə çalışır, öz siyasi dəst-xəttinə sadiqdir. 

Azərbaycana, Gürcüstana, Ukraynaya, Moldovaya yaxşı qonşu olmağın, bu ölkələrdə yaratdığı konfliktlərin həll şərtini də Putin məhz bunda görür – hamı Avrasiya Birliyinə qoşulsun, Moskvanın qurduğu çətirin altına gəlsin, ona biyət eləsin, kəsəsi, hamı Rusiya kimi “xoşbəxt” olsun, bax o zaman Rusiya da yaxşı qonşu olacaq.

Əlbəttə ki, ilğımdır. Özümüzdən götürək. Məgər Qarabağ münaqişəsi elə Azərbaycan SSRİ-nin tərkibində olanda, Moskva tərəfindən qızışdırılmayıb? Kreml istəsəydi hələ o vaxt ermənilərin Azərbaycan qarşı torpaq iddialarını bələyindəcə boğardı. Ancaq boğmadı. Ona görə ki, indiki kimi o zaman  da Moskva Qarabağ münaqişəsi hesabına Azərbaycanla Ermənistanı öz nəzarətində saxlamaq niyyəti güdürdü. Elə isə yaxın keçmişin faciəvi və uğursuz yolunu təkrarlamağa dəyərmi? Dəyməz. 

Qayıdaq qonşuluq məsələsinə. 

Bu mübarək ayda dua və arzu edək ki, Rusiya imperiyasının çöküşü tezləşsin. Nədən ki, Rusiyanın çöküşü ilə onunla qorxulu qonşuluq dənəmi də bitəcək, üstəlik, mənfur Ermənistanla həmsərhəd olmaq problemi sona yetəcək. Zira, Divin canı şüşədə olan kimi, Ermənistan adlı qondarma və marionet dövlətin canı da Rusiyadadır.  

Ona qədər isə hər iki əlimizdə çomağı möhkəm tutmalıyıq.(musavat.com)

Yazar : Zahid SƏFƏROĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar