Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslar Bakıda 2,5 milyon avroya iki klinika açır


Rusiyanın Tomsk şəhərində yerləşən “Korporativ Təbabət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti Bakıdakı “Səhhət” klinikası ilə birgə Azərbaycanda iki klinikanın açılmasına dair müqavilə bağlayıb


Virtualaz.org saytı “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ASC rəsmiləri məlumat yayıblar.

“Layihənin ilkin dəyəri 2-2,5 milyon avrodur. Hazırda biz Bakı ərazisində müəssisənin yaradılması barədə müzakirələr aparırıq, perspektivdə isə Azərbaycanın şimalında kilinika açılacaq” - deyə şirkətin rəhbəri Sergey Antipov bildirib.

S.Antipovun sözlərinə görə, hazırda hər iki şirkət rus və Azərbaycan dillərində sənədlərin hazırlanması ilə məşğuldur. Növbəti mərhələdə əsas iş lisenziya almaqdır. Belə ki, “Korporativ Təbabət Mərkəzi” Azərbaycan ərazisində artıq bu il fəaliyyətə başlamağa hazırlaşır.

“Bizim top-menecment Azərbaycana getməyə hazırdır” - Antipov bildirib.

Qeyd edək ki, “Korporativ Təbabət Mərkəzi” tibbi istehsalat və əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən şirkətlərin birləşdiyi qrupdur. Ora “SibMedSentr”, “KrasMedSentr”, “TomMedSentr”, “SibProfStandart” və “Alfamed” şirkətləri daxildir.

“Səhhət” klinikası isə Azərbaycan-Almaniya birgə müəssisəsidir və özəl tibbi xidmətlə məşğul olur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar