Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR “Global Witness“ təşkilatının iddialarına tutarlı cavab verdi

"Saytın məzmunu "Global Witness" təşkilatının SOCAR-a qarşı irəli sürdüyü iddiaların nə qədər əsassız olduğunu sübuta yetirir"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Krallıqda yerləşən və hasilat sənayesində şəffaflıq məsələlərini araşdıran "Global Witness" qeyri-hökumət təşkilatının irəli sürdüyü bütün əsassız iddialara cavab verən yeni veb-saytını (www.azerbaijananonymousexplained.com) istifadəyə verib. Bu barədə "Report"a SOCAR-dan bildiriblər.

Qeyd olunur ki, "Global Witness" 2013-cü il dekabrın 13-də dərc etdirdiyi "Azerbaijan Anonymous" adlı hesabatında SOCAR-a qarşı əsası olmayan iddialar irəli sürüb və şirkəti qeyri-şəffaflıqda ittiham edib.

Saytda xarici məsləhətçilərin yardımı ilə SOCAR heyəti tərəfindən xüsusi olaraq hazırlanan və "Global Witness" təşkilatının dərc etdiyi hesabatda qaldırılan bütün suallara dolğun və tutarlı cavab verilib. Veb-sayt hazırda ingilis dilində istifadəyə verilib, lakin səhifənin Azərbaycan və rus dillərində olan versiyaları da tezliklə işə salınacaq.
"Saytın məzmunu elə ilk baxışda "Global Witness" təşkilatının SOCAR-a qarşı irəli sürdüyü iddiaların nə qədər əsassız və qeyri-obyektiv olduğunu əyani şəkildə sübuta yetirir", - məlumatda bildirilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar