Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SSRİ dönəmindən qalan inzibati idarəetmə sisteminin ləğvinin xeyri və ziyanı nədir?


Azər Qasımlı: “Yeni inzibati qaydaya keçməklə, rayonların sayını azaltmaqla, etnik və siyasi problemlərin yaranacağını zənn etmək düzgün deyil. İnsanların hüquqları pozulmasa, heç bir problem olmayacaq”


“Bu islahatın həyata keçirilməsi bürokratik aparatın kiçilməsinə və korrupsiyanın səviyyəsinin aşağı düşməsinə kömək edə bilər”.

Bu sözləri politoloq Azər Qasımlı Azərbaycanda rayonların ləğv edilməsi və  yeni inzibati idarəetmə sisteminin yaradılması təklifinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar Azərbaycanda rayonların ləğv edilməsi təklifi çox tez-tez gündəmə gətirilir. Bununla əlaqədar olaraq Azərbaycanda regionların inzibati idarəetmə sistemində ciddi islahatların və dəyişiklərin həyata keçirilməsi təklif edilir. Hətta  dünən Milli Məclisin iclasında deputat Fəzail Ağamalı rayonların ləğv edilərək quberniya idarəçilik sisteminə keçilməsini təklif edib. Bəs Azərbaycanda SSRİ dönəmindən qalan inzibati idarə sisteminin ləğvi yeni siyasi və etnik problemlərə yol aça bilərmi? Rayonların ləğv olunması və yeni inzibati ərazilərin yaradılmasının Azərbaycan üçün siyasi və iqtisadi xeyiri nə ola bilər? Bu islahat bürokratik aparatın kiçilməsinə və korrupsiyanın səviyyəsinin aşağı düşməsinə necə təsir edər?

 Bu suallarla PİA.AZ-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatı (REAL) İdarə Heyətinin üzvü,  politoloq Azər Qasımlıya müraciət edib.

Image result for azər qasımlı real

Azər Qasımlı: “Azərbaycanda 84 rayonun yerinə 13 və ya 15 bölgə yaratmaq olar”.


Azərbaycanda yeni inzibati ərazilərin yaradılmasının tərəfdarı olan politoloq Azər Qasımlıya görə, bu islahatın reallaşması nəticəsində hansısa hansısa etnik problemlər ortaya çıxmaz:

“Öncəliklə qeyd edim ki, Azərbaycanda yeni inzibati ərazi bölgünün tərəfdarı məhz Respublikaçı Alternativ Hərəkatı (REAL) olub və bununla bağlı bizim təkliflərimiz olub. Hətta bizim 68 səhifəlik proqramımızda da bu məsələ ayrıca olaraq öz əksini tapıb. Bura yeni ərazi vahidlərinin təşkili forması daxil edilib. Aydındır ki, hər hansısa işi həyata keçirəndə olduqca düşünülmüş addımı həyata keçirmək lazımdır.

Biz hesab etmirik ki, bu praktikanı həyata keçirərək Azərbaycanda 84 rayon deyil, bu rayonların yerinə 13 və ya 15 bölgə olacaqsa, onların adı “el” olmalıdır. 13 və ya 15 “el” olacaqsa, bu o demək deyil ki, yerlərdə etnik problemlər yaranacaq. Çünki etnik problemlər yalnız o halda yaranır ki, dövlət insanların hüquqlarını pozmağa başlayır. İstər etnik, istərsə də digər fundamental hüquqların pozulması nöqteyi-nəzərindən bu tipli problemlər yaşana bilir. Yeni inzibati qaydaya keçməklə, rayonların sayını azaltmaqla, etnik və siyasi problemlərin yaranacağını zənn etmək düzgün deyil. İnsanların hüquqları pozulmasa, heç bir problem olmayacaq. 

Fikrimcə, bu proses iki mərhələli olmalıdır. Birinci mərhələdə icra hakimiyyətləri qalmalıdır. İkinci mərhələdə inkişafla artıq icra hakimləri ləğv olunmalıdır, onların yerinə “el məclisləri” olmalıdır. 75 min nəfərdən çox əhalisi olan böyük şəhərlərdə isə mer seçkiləri həyata keçirilməlidir. Eyni zamanda “el seçkiləri” də seçki vasitəsilə seçilməlidir. Ancaq bu ikinci mərhələdə olmalıdır ki, dövlət siyasi və etnik problemlərlə üzləşməsin. 

Siyasi və etnik problem əsasən iki məsələdən ibarətdir. Birincisi, yuxarıda qeyd etdiyim kimi, insanların hüquqlarını pozmaq lazım deyil. İkincisi isə, milli təhlükəsizlik məsələsidir. Yəni, Azərbaycanın qonşuluğunda olan hər hansısa dövlət bu məsələlərdən sui-istifadə edərək insanları dini və ya etnik ədalətsizliyə, ayrı-seçkiliyə təşviq edə bilməsin. Azərbaycanın hüquq-mühafizə orqanları qonşu dövlətlərin Azərbaycanda qarışıqlıq salmamasına məzarət etməlidirlər. 

Onu da qeyd edim ki, indiki hakimiyyət dönəmində bu prosesin effektiv şəkildə həyata keçiriləcəyinə inamım yoxdur”.

Azər Qasımlı: “Əgər sistemdə korrupsiya varsa və siyasi sistem korrupsiya üzərində qurulubsa, və buna qarşı mübarizə aparmırsansa, hər bir halda bu korrupsiya olacaq”.


Rayonların ləğv olunması və yeni inzibati ərazilərin yaradılmasının Azərbaycan üçün siyasi və iqtisadi xeyirinə gəlincə, Azər Qasımlı bildirib ki, bu təklifin reallaşması arzuolunan sayılmalıdır:

“Yeni inzibati ərazilərin yaradılmasının Azərbaycan iqtisadiyyatı üçün xeyiri çoxdur. İlk növbədə, idarəetmədə ciddi şəkildə effektiv idarəetmə yarana və dövlət xərcləri ciddi şəkildə azala bilər və bölgələr arasında əlaqələr daha da genişlənə bilər. Bu isə iqtisadi nöqteyi-nəzərdən irəlidə bölgələri bir-birinə bağlayar. Təbii ki, bu bağlılıq bundan sonrakı hakimiyyətin və ya dövlətin siyasətindən asılı olacaq. Siyasi baxıma gəlincə, siyasi idarəetmə üçün də çox asan olacaq. Biri var icra hakimiyyətləri, polis idarələrinin idarəetməsini 84 bölgədə aparasan, biri də var ki, bunu 13 və ya 15 inzibati əraziyə böləsən. Bu təklifin həyata keçirilməsində həm iqtisadi, həm də siyasi xeyirlərə nail olmaq olar.

Bu islahatın həyata keçirilməsi bürokratik aparatın kiçilməsinə və korrupsiyanın səviyyəsinin aşağı düşməsinə kömək edə bilər. Bilirsiniz, bu gün Azərbaycanda korrupsioner sistem  yaranıb. Əgər sistemdə korrupsiya varsa və siyasi sistem korrupsiya üzərində qurulubsa, və buna qarşı mübarizə aparmırsansa, hər bir halda bu korrupsiya olacaq. Ancaq bu islahat korrupsiyanın miqdarına müəyyən mənada təsir edə bilər. Yuxarıdan aşağıya kimi korrupsiya sistemi olmasa, yeni sistemə keçidin müsbət nəticələri olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar