Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlının Məzrəli kəndində sakinlər məktəb direktorunu qovdular


Yanvarın 21-də Saatlının Məzrəli kəndindəki orta məktəbdə baş verən etiraz aksiyasının səbəbləri aydınlaşıb


Belə ki, aksiyanın baş verməsinə səbəbin bir müddət öncə işdən çıxarılan Nəzakət adlı məktəb direktorunun əvəzinə Saatlı rayon Təhsil Şöbəsi tərəfindən Zakir adlı şəxsin təyin edilməsinin olduğu bildirilir.
 
Buna etiraz edən kənd camaatı orta məktəbi mühasirəyə alaraq, yeni təyin olunmuş məktəb direktorunu qovublar. Məktəbə isə heç kəsi buraxmayıblar. Etirazçılar təhsilin aşağı səviyyədə olduğunu əsas gətirərək, layiqli bir şəxsin məktəb direktoru təyin olunmasını tələb ediblər.

Məzrəli kəndində orta məktəblə bağlı baş verən hadisələr haqqında musavat.com-a sakinlərdən biri geniş məlumat verib: “Məzrəlidə təhsilin səviyyəsi sıfıra bərabərdir. İndiyə qədər məktəb direktoru olan şəxslərin heç biri müsbət işlər görməyib. Biz bununla bağlı rayonun Təhsil Şöbəsinə müraciət etdik. Lakin bizim müraciətə məhəl qoyan olmadı. 

İcra hakimiyyəti də susdu. Təxminən iki ay öncə vəzifəsindən azad olunan Nəzakət xanımın yerinə Təhsil Şöbəsində inspektor işləyən Zakir adlı şəxsi məktəbin direktoru təyin etdilər. Biz buna öz etirazımızı bildirdik. Onu məktəbdən qovduq. Həmin  vaxt məktəbə Təhsil Şöbəsinin nümayəndəsi Rövşən Bədəlov gəldi. Biz ona da öz iradlarımızı bildirdik. 

Mətbuatda Nəzakət xanıma görə aksiya keçirdiyimizi deyirlər. Bu, səhv məlumatdır. Onun özü də etirazçılar arasında idi. İki ay öncə Nəzakət xanımla bağlı məktəbdə narazılıq olmuşdu. Görünür, bununla əlaqələndirib, yazıblar”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar