Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabina Freyzerdən müharibə eyhamı


Elşən Musayev: “Hərbdən başqa yolumuz yoxdur”


ABŞ Atlantik Şurasının Transatlantik əlaqələr üzrə baş elmi işçisi, beynəlxalq siyasi analitik Sabina Freyzer son həftələrdə AzərbaycanErmənistan arasında baş vermiş silahlı toqquşmaları 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri ən gərgin dövr adlandırıb. 

Atlantik Şurasının rəsmi saytında S.Freyzerin yer alan məqaləsində AzərbaycanErmənistan arasındakı münaqişədən, cəbhə xəttində gərginlik və sülh danışıqlarından bəhs edilib.

Analitikin sözlərinə görə, münaqişənin həlli istiqamətində atəşkəsdən sonrakı mühüm addım qoşunların geri çəkilməsi və qaçqınların öz torpaqlarına geri qaytarılması ola bilərdi, lakin, bu baş verməyib: “Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qalmağa davam edir. Azərbaycan isə neftdən faydalanaraq hərbi büdcəsini keçən il 3,7 milyard dollara qədər artıra bilib. Bu, 10 il bundan əvvəlki rəqəmdən 20 dəfə artıqdır. İlham Əliyev avqustun 7-də Twitter hesabında itirilmiş torpaqları geri almaq niyyətində qəti olduqlarını bildirib və yazıb ki, Azərbaycanın son illər əldə etdiyi silah-sursat və hərbi texnika istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verir”.

Analitik Ukraynadakı münaqişənin və Krımın ilhaqının Cənubi Qafqazdakı proseslərə də təsir etdiyini vurğulayıb: “Rusiyanın Krımı qısa müddətdə ilhaq etməsi və Ukraynanın şərqindəki qarşıdurmalar AzərbaycanErmənistanın hərbi yoldan imtina edərək münaqişəni həll edəcəklərinə inamı zəiflətmiş oldu. Azərbaycanda belə bir əminlik yaranıb ki, qısa müddətdə qətiyyətli hərbi əməliyyatlar yolu ilə getdikcə uzanan və heç bir həlli görünməyən münaqişəni daha tez bitirmək olar. BMT-nin qətnamələrinə görə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və münaqişənin həllinin bu istiqamətdə aparılması nəzərdə tutulur. Rəsmi Bakı da danışıqlarda ərazi bütövlüyünün dəyişilməz qalmasını tələb edir və bu prinsipin əsas tutulmasını vacib sayır. Həmçinin Ermənistan tərəfdə də belə bir fikir formalaşıb ki, heç bir beynəlxalq təzyiqlərə məhəl qoymadan referendum keçirmək və hərbi güc nümayişi yolu ilə, münaqişəni həll etmək olar. Beləliklə, beynəlxalq vasitəçilərin də danışıqlarda qətiyyət göstərə bilməməsi tərəfləri sülh danışıqlarından daha çox uzaqlaşdırır”.

Məsələyə münasibət bildirən politoloq Elşən Musayev bildirib ki, Sabina Freyzerin məqaləsi Qərbin qəti mövqeyi deyil: “Ona görə ki, Qərb dairələri kvartaldan bir müxtəlif səpkili açıqlamalar verirlər. Əgər Sabina Freyzerin bir müddət əvvəl verdiyi açıqlamalara nəzər salasaq, görərik ki, tamamilə başqa istiqamətdə olub. Bundan başqa Azərbaycanın işğal altında torpaqlarının hərbi yolla azad edilməsi ilə bağlı fikirlərə gəlincə, təbii ki, bu istiqamətdə istisna heç zaman yoxdur. Cənab Prezident də Qarabağla bağlı çıxışlarında hər zaman vurğulayır ki, biz son həddi gözləyirik. Təbii ki, bu məsələnin də öz açıqlaması var və bu da ondan ibarətdir ki, bu gün biz diplomatik danışıqların sonunu gözləmədən hərbi qüvvələri Qarabağ torpaqlarına səfərbər eləsək, ikili oyun oynayan beynəlxalq aləmin, həmçinin təşkilatların danışması üçün onlara səbəb vermiş olacağıq. Onlar deyəcəkdilər ki, sülh danışıqlarının son həddi idi və sair və ilaxır. Amma bu gün artıq görünür ki, son hədd gəlib çatıb. Təkcə Sabina Freyzer deyil, onun timsalında bir çox Qarabağ məsələsi ilə bağlı olan insanlar görürlər ki, həqiqətən, bu prosesin çox böyük ehtimalla hərbidən başqa yolu olmayacaq”.

E.Musayev Ermənistanın Dağlıq Qarabağda referendum keçirmək niyyətinə toxunaraq deyib ki, ermənilər təkcə bununla kifayətlənmir: 

“Hesab edirəm ki, bir çox məsələlər var və onlar pərdə arxasında qalır. Ermənistanın referendumla yanaşı, digər iddiaları da var. Amma Azərbaycan nəinki refendumu, heç bunun yüzdə bir səviyyəsində olan iddiaları da qəbul etməyəcək. Sabina Freyzerin məqaləsi formal xarakter daşıyan bir materialdır. Tam açıq çəkildə qeyd edim ki, onlar özləri belə başqaları tərəfindən idarə olunur. Amma bu artıq o deməkdir ki, beynəlxalq aləm Azərbaycanla bir şəkildə ortaq məxrəcə gəlir. Yəni, biz həmişə deyirdik ki, sülh danışıqları belə getməməlidir, ərazi bütövlüyümüz təmin olunmalıdır, onlar isə prosesin bu formada davam etməsinin tərəfdarı idilər. Lakin demək ki, ortaq məxrəcə gəlmişik. Qərb də, biz də düşünürük ki, hərbidən başqa yolumuz yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar