Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputatın oğlu “erməni soyqırımı”nı tanımağa çağırdı


“Uşaqları nifrətə öyrətmək lazım deyil”.


Məşhur azərbaycanlı KVN-çi (Şən və Hazırcavablar Klubu), əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü Cavid İmamverdiyev azərbaycanlıları ermənilərin qarşısında tövbə etməyə çağırıb.

Aprelin 24-də qondarma “erməni soyqırımı” günü rusiyalı teleaparıcı Tina Kandelaki facebookdakı rəsmi səhifəsində status yazıb. O bildirib ki, yarı ermənidir və 24 apreli “bütün ermənilər üçün kədər günü” adlandırıb.

“Mən yarıyadək erməniyəm. Biz günahsız öldürülənlər, erməni olduğu üçün öldürülənlərə görə dua edirik. Erməni xalqının gücü və ruhu ondadır ki, oğul və qızları harada yaşamaqlarından asılı olmayaraq bu gün hər bir şəxs görünməz iplə bir-birinə bağlıdır və bu, bütün dünyaya göstərir ki, erməni xalqını sındırmaq olmaz” - deyə Kandelaki bildirib.

Bu status teleaparıcının azərbaycanlı fanatları arasında kəskin narazılıq doğurub və onlar öz cavablarında Xocalıda baş vermiş real soyqırımı göstəriblər.

Lakin azərbaycanlılar arasında Kandelakini dəstəkləyərək həmvətənlərini ermənilər qarşısında tövbə etməyə çağıran şəxs də tapılıb. Bu, “Parni iz Baku” KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevdir.

“Təsadüfən bu müzakirələrlə qarşılaşdım və ermənilərin azərbaycanlıları, azərbaycanlıların isə erməniləri necə həvəslə təhqir etməsindən dəhşətə gəldim. Uşaqlar, bəlkə daha bəsdir? Bəli, etiraf etmək lazımdır ki, Türkiyədə soyqırımı olub, Xocalı və Sumqayıt və tariximizin digər dəhşətli məqamları olub. Bütün bunları etiraf etmək, başsağlığı vermək və tövbə etmək lazımdır. Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. ErmənistanAzərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında” - deyə C.İmamverdiyev yazır.

Həmin şərhin skrinşotlarını təqdim edirik.




Virtualaz.org saytı xatırladır ki, C.İmamverdiyev YAP-ın qurucularından olan sabiq deputat Sudeyif İmamverdiyevin oğludur. C.İmamverdiyev hazırda “Yaddaş” kinostudiyasının direktorudur. Bu kinostudiya isə Azərbaycan hökumətinin və Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan tarixi və etnoqrafiyası üzrə bütün layihələrini icra edir.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar