Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputatlardan kimlər namizəd olacaq? - Sorğu


Xəbər verdiyimiz kimi, noyabrın 1-də Azərbaycanda Milli Məclisə 5-ci çağırış seçkiləri keçiriləcək


Publika.az-ın məlumatına görə, sabiq deputatların təkrar namizədliklərini irəli sürəcəkləri istisna olunmur.
 
1995-2005-ci illərdə Milli Məclisin deputatı seçilmiş Şahlar Əsgərov:
 
“Bu il keçiriləcək növbəti parlament seçkilərinə namizədliyimi şübhəsiz ki, irəli sürməyəcəm. Çünki mən kifayət qədər parlamentdə deputat olmuşam. İstəyirəm ki, bundan sonra da başqa adamlar deputat seçilsin. Ümumiyyətlə, bütün bioloji sistemlər zaman keçdikcə daha da kamilləşir. Ona görə də güman edirəm ki, builki seçkilər əvvəlkilərdən daha yaxşı təşkil olunacaq”.
 
III çağırış Azərbaycan Milli Məclisinin deputatı Lalə Abbasova:
“Hələ ki, bu barədə konkret qərara gəlməmişəm. Əgər seçicilərimin böyük əksəriyyətindən seçkilərdə iştirakımla bağlı müraciətlər olarsa, o zaman namizədliyimi irəli sürərəm. Artıq vaxtilə deputat seçildiyim Xaçmaz rayonundan mənə zənglər gəlir. İnsanlar istəyir ki, deputatlığa namizəd olum. Ancaq hələlik dəqiq qərara gəlməmişəm. Əgər daha çox seçicilərim mənə müraciət edərsə, o zaman millət vəkilliyinə namizəd ola bilərəm. Yəni, düşünürəm ki, millət vəkili olmaq üçün ilk növbədə xalq məni istəməlidir. Əgər xalq məni istəmirsə, mən necə deputat ola bilərəm? Bir daha deyirəm, əgər əvvəlki seçkilərdə olduğu kimi, bu ilki seçkilərdə də seçicilərin böyük dəstəyini alsam, namizədliyimi irəli sürəcəm. Onu da deyim ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm, dövlətimizin və Prezidentimizin siyasətini dəstəkləyirəm. Əgər bu dəfə də namizədliyimi irəli sürsəm, bunu müstəqil şəkildə edəcəm”.
 
II çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilmiş Baba Tağıyev:
 
“Bu gün sentyabrın 1-dir, indidən bu barədə danışmaq istəmirəm. Sentyabrın 1-i təhsil baxımından çox əlamətdar gündür. Yəni, məktəb ili başlayır, dərslərə hazırlıq və sairə. Hazırda bu işlərlə məşğul oluruq. Yaxşı olar ki, digər məsələləri yada salmayaq. İndi mən məşğulam!”.
 
III çağırış Azərbaycan Milli Məclisinin 41 saylı Sumqayıt birinci seçki dairəsindən seçilmiş deputatı İkram İsrafil:
 
“Artıq üzvü olduğum “Müsavat” partiyası mənim də namizədliyimi irəli sürüb. Namizədliyim yenə də Sumqayıtdan verilib. Seçkilərdə şansımı yüksək qiymətləndirirəm. Çünki namizədliyimi irəli sürdüyüm dairədən seçicilərimin yüksək səsini alacağıma inanıram”.
 
III çağırış Azərbaycan Milli Məclisinin seçilmiş deputatı Əhəd Əhmədov:
 
“İnşallah bu il keçiriləcək parlament seçkilərinə mən də namizədliyimi irəli sürəcəm. Namizədliyimi yenə də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən verəcəm. Allahın köməyi ilə seçkilərdə qələbə qazanacam. Çünki seçkilərdə qalib gəlmək şansım 100 faizdir. Namizədliyimi irəli sürəcəyim dairədə yaşayan insanların böyük əksəriyyəti istəyir ki, deputat mən olum. İnsanlar bu dairənin hazırkı deputatının (Hazırda 80 saylı İmişli - Beyləqan seçki dairəsinin deputatı Çingiz Qənizadədir - red) fəaliyyətindən çox narazıdır. Demək olar ki, hazırkı deputatın burada heç bir fəaliyyəti yoxdur”.
 
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilmiş və hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev:
 
“Hazırda başçısı olduğum Daşkəsən rayonunda da qarşıdan gələn parlament seçkilərinə hazırlıq işi yüksək səviyyədə görülür. Hazırda icra başçısı olduğum üçün də sorğuda iştirak etmək istəmirəm”.
 
Milli Məclisin sabiq deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov:
 
“Hələ ki, seçkilərdə iştirak etmək fikrim yoxdur. Konkret belə bir qərarım yoxdur”.
 
Azərbaycan Milli Məclisinin II çağırış deputatı Anar Axundzadə:
 
“Mən sonuncu parlament seçkilərində namizədliyimi irəli sürməmişdim. Çünki Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğum üçün seçkilərdə müstəqil şəkildə iştirak etmək qərarı verməmişəm. Əgər bu il keçiriləcək parlament seçkilərində da YAP tərəfindən namizədliyim irəli sürülərsə, o zaman mən də seçkilərdə iştirak edəcəm. Ancaq heç bir halda müstəqil namizəd kimi seçkilərə qatılmayacam”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar