Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq məmurun külli miqdarda pulu oğurlandı - Video

Oğlu maşınla xalq artistinin ailəsini əzən sabiq məmurun külli miqdarda pulu oğurlandı


Xəzər rayonunda içərisində külli miqdarda pul olan seyf oğurlanıb. 

Musavat.com-un məlumatına görə, Bakı şəhər sakini Mübariz Mədətov Xəzər Rayon Polis İdarəsində müraciət edərək, Zirə qəsəbəsindəki evindən içərisində 10 min dollar və 40 min avro plan seyfin oğurlanması barədə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulub. Ramil Bağırov cinayəti Ruslan Nabatovun planı olduğunu bildirib. 

İstintaq araşdırması zamanı məlum olub ki, Ruslan Nabatov oğurluq etdikləri evə əvvəllər maşınla usta aparırmış. Bu səbəbdən o, evdəki şəraiti tam öyrənib və dostu Ramillə birlikdə oğurluq etmək qərarına gəlib. 

Dəstə üzvləri cinayət yolu ilə əldə edilmiş pulu aralarında bölüblər. 



Qeyd edək ki, içi pulla dolu seyfi oğurlanan Mübariz İsrafil oğlu Mədətov yüksək vəzifələrdə çalışıb. O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb isə M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurması və ailənin iki üzvünün ölməsi olmuşdu.
















pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar