Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək
PİA.AZ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir mayın 29-da federasiyanın inzibati binasında olacaq. Tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edəcək.
Qeyd edək ki, Əhməd Ələsgərov bu il mayın 19-da Ukraynanın Odessa şəhərində dünyasını dəyişib.
pia.az