Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq rəisin öldürdüyü iddia olunan qadın “Qurd qapı”sında basdırılıb


Arzu Zeynalovanın dəfninə Rza Hacıyevin 8 min manat xərclədiyi xəbəri var


Sabunçu və Neftçala rayonlarının keçmiş polis rəisi Rza Hacıyevin öldürdüyü iddia olunan 24 yaşlı Arzu Zeynalova Bakıdakı “Qurd qapı”sı deyilən ərazidə yerləşən qəbiristanlıqda dəfn olunub. 

Aldığımız məlumata görə, A.Zeynalovanın dəfni üçün qəbir yerinin alınmasına polis rəisi 8 min manat xərcləyib. Qaynağımız bildirib ki, A.Zeynalova polis rəisi ilə illər əvvəldən tanış olublar və Türkiyəyə istirahətə birgə gediblər. Oradan A.Zeynalovanın meyiti gətirilib.     

Məlumat üçün deyək ki, bir neçə gün əvvəl R.Hacıyevin Türkiyədə bir qadını öldürməsi haqda məlumat yayılmışdı. Həmin vaxt musavat.com-a etibarlı mənbədən daxil olan məlumatda bildirilirdi ki, Telman İsmayılovun (AST Telman-E.H) Antalyadakı “Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Zeynalovanın bədənində zorakılıq əlamətləri olub. Məlumata görə, polis rəisi qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilinir.  

Qaynağımız iddia edir ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar. 

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi.  Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

R.Hacıyev bu xəbərlə bağlı APA-ya açıqlamasında deyilənləri təkzib etmişdi. O, Türkiyədə sonuncu dəfə bu ilin yazında olduğunu demişdi. Sabiq rəis hazırda Bakıda istirahət etdiyini söyləmişdi. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar