Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadda «28 may- Respublika günü» qeyd edilib


May ayının 24-də rayonumuzda «28 may-Respublika günü»nə həsr olunmuş yığıncaq keçirilib


Tədbirə rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.  Rayonun Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbir açıq elan edilmiş, Dövlət Himni səslənmişdir. İştirakçılar qarşısında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çııxış etmişdir. 

O qeyd etmişdir ki, 28 may-Respublika günü – 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Hökumətin ilk başçısı Fətəli xan Xoyski olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir. Belə ki, ilk dəfə qadınlara seçim hüququ verilmiş, milli ordu, milli pul, milli bank yaradılmış, azad seçkilər təşkil edilmiş, beynəlxalq əlaqələr qurulmuşdur. 9 noyabr 1918-ci ildə üçrəngli dövlət bayrağı qəbul edilmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai – siyasi şəraitdə 23 ay fəaliyyət göstərə bilmişdir.

1991-ci il oktyabrın 18-də SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etdi və ölkəmizin müstəqilliyi yenidən bərpa olundu. Lakin həmin dövrdə hakimiyyətdə olanlar milli xəyanət yolunu tutdular, ölkənin həyati əhəmiyyətli məsələlərini bir tərəfə qoyub Heydər Əliyevə qarşı çirkin kompaniya aparmağa başladılar. Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin genişləndiyi həmin dövrdə Vəzirov-Mütəllibov hakimiyyəti xalq qarşısında üzərinə düşən tarixi missiyanı yerinə yetirə bilmədi. Belə bir şəraitdə ölkədə yaranmış hakimiyyət böhranından, mənəvi-psixoloji gərginlikdən istifadə edən Xalq Cəbhəsi siyasi hakimiyyəti ələ keçirdi. AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi və savadsızlığı üzündən ölkədə yaranmış dərin problemlər müstəqilliyimizin və dövlətçiliyimizin mövcudluğunu təhlükə altına alanda, erməni təcavüzü daha da genişlənəndə Naxçıvan Respublikası Ali Məclisinin sədri Ulu öndər Heydər Əliyev ölkəni xilas etmək üçün Bakıya dəvət olundu. 1993-cü ilin iyununda ölkə artıq vətəndaş müharibəsi həddinə çatmışdı, milli müstəqilliyimizi yenidən itirmək təhlükəsi yaranmışdı. Xalqın təkidli tələbi ilə Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Xalq öz xilaskarını böyük sevinclə qarşıladı. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, Prezident Əbülfəz Elçibəy Bakıdan qaçdığı üçün iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.  Həmin il oktyabrın 3-də isə yekdilliklə Azərbaycanın Prezidenti seçildi. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs elan olundu və ölkəmiz sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu: 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi» ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı, torpaq islahatı keçirildi, dövlət əmlakının özəlləşdirilməsi aparıldı. Azərbaycanı hərtərəfli və sürətli inkişafı naminə ümummilli lider Heydər Əliyevin bütün ideyaları bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla,  bacarıqla davam etdirilir.

Tədbirin bədii hissəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Bakı şəhəri 12 saylı  musiqi məktəbinin birgə konserti olmuşdur. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar