Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabunçuda icra başçısı-deputat qarşıdurması - Yeniləndi


“Adil Vəliyevin fəaliyyəti ilə bağlı geniş müsahibə verəcəm”


Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin kürəkəni Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb.

Rayonda nüfuz sahibi olan millət vəkilini hədələyən icra başçısı onun qarşıdan gələn seçkilərdə deputat seçilməsinə imkan verməyəcəyini bəyan edib.

Bununla bağlı informasiya Editor.az-a özəl mənbələrdən daxil olub.

Mənbə bildirir ki, konfliktin yaranmasına səbəb Kürdəxanı və Pirşağı sakinlərinin icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı deputata şikayət etməsi olub. İcra başçısını sakinlərin problemlərini həll etməyə çağıran millət vəkili hədəf götürülüb və rayondakı bütün qurumlara Hacı Qalibin əleyhinə iş aparmaq tapşırığı verilib.

Editor.az yayılan məlumata aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Hacı Qalib Salahzadə ilə söhbətləşib.

Portalımıza açıqlamasında millət vəkili icra başçısı ilə arasında qarşıdurma olması xəbərini təsdiq edib. Lakin bu barədə hələki ətraflı danışmaq istəmədiyini deyib: “Problem var, amma nədən qaynaqlanıb, hələki bu barədə danışmaq istəmirəm. Yaxın günlərdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı Editor.az-a geniş müsahibə verəcəm”.

Əməkdaşımız məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. İcra Hakimiyyətinin məsul şəxsləri ilə əlaqə yarada bilməsək də, özünü icra başçısının müavini Arzu xanımın köməkçisi kimi təqdim edən və adını gizli saxlayan xanım informasiyanın əsassız olduğunu, icra başçısı ilə deputatın münasibətlərinin normal olduğunu bildirib.

* * *
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti də Editor.az-a açıqlamasında rəsmi mövqeyini açıqlayıb. Qurumdan bildirib ki,  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilgəh qəsəbəsində hal-hazırda baş alıb gedən anti-sanitar vəziyyət və abadalıq-quruculuq işlərinin zəif getməsi ilə bağlı Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsini dəyişmək qərarına gəlib. Bu kadr dəyişiklikləri öz işinin öhdəsindən gələ bilməyən və səriştəsiz icra nümayəndələri ilə bağlı baş verir. Lakin, Sabunçu rayonundan seçilən millət vəkili Qalib Salahzadə bu məsələyə qarşı çıxaraq, bildirir ki, icra nümayəndəsi mütləq bilgəhli olmalıdır. Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini yerlərdə uğurla icra edə bilən hər bir azərbaycanlı, istənilən şəxs istənilən vəzifəni tuta bilər. Burada kiminsə bilgəhli olması bir o qədər önəmli məsələ deyil. Bu Prezidentin siyasətidir və biz bu siyasətə sadiqiq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar