Sabunçuda mazutlu ərazidə zibilliyin yandırılması dəhşətli yanğına səbəb olub
Musavat.com xəbər verir ki, qonşulardan birinin səhlənkatlığı onlarla evi təhlükə altına atıb.
Mazutlu ərazidə yanğın genişlənməyə meyilli olub.
Ətrafdakı evlərin sakinləri həyəcan içində evlərini tərk ediblər.
Sayt əməkdaşının verdiyi son məlumata görə, FHN-nin yanğınsöndürənləri artıq hadisə yerinə gəliblər. Yanğının qarşısı alınıb.
pia.az