Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibkarları hədələyən biznesmen, YAP-ın “faydasız”deputatı - Malik Həsənov


Xəbər verdiyimiz kimi 7News.az informasiya portalı “Seçki2015” rubrikası çərçivəsində sorğulara start verib


Növbəti araşdırmamız Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənov haqqındadır.

Zaman-zaman mətbuatda deputatların fəaliyyəti ilə bağlı sorğular həyata keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənov haqqında beş il ərzində media nümayəndələri və təşkilatları tərəfindən dərc edilmiş yazıları ümumiləşdirərək təqdim edirik. 

“Hacı” kimi tanınan Cəlilabadın deputatından narazılığın olduğunu seçkiöncəsi aparılan araşdırma da təsdiqləyib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənovun YAP-ın budəfəki siyahısında yer almayacağı barədə xəbərlər ciddiləşir.

Məlumata görə, beş ilə yaxındır deputat seçilsə də, indiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyən biznesmen-deputat seçiciləri ilə də görüşmür. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır. Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir.

Malik Həsənov YAP-ın “faydasızlar” siyahısında

“Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu YAP-ın dairələrdə seçkiöncəsi apardıqları araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə təbii ki, komitə sədri olan qardaşına güvənir. Sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, məlumata görə, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir. İddia var ki, M.Həsənov hətta xarici səfərlərə tək getməkdən ehtiyat edir və bunu “Fərhadgildən nə desən çıxar” deyə izah edir. Avqustun 5-dən sonra icra başçıları ilə bağlı iqtidarın sərt qərarlar verməyə hazırlaşması M.Həsənovun icra başçısı olan şəriki Əziz Əzizovu da ciddi narahat edib. Rayondan aldığımız məlumata görə, Ə.Əzizov hazırda ölkədə yoxdur. Uzun illərdir ki, Cəlilabadın icra başçısı olan Ə.Əzizov Həsənovların “çərəyini” yeyir və onlara sadiqdir. Cəlilabadın əsas gəlirli obyektləri və istehsal müəssisələrini Əzizov Malik Həsənovla birgə işlədir. Amma mediada yayılan xəbərlərə görə, icra başçısı arada “Malik Həsənov bizim üçün nə etdi ki, onu yenidən seçək” kimi sözlər də danışır. Xəbərlər var ki, Kərəm Həsənovun bəzi hakimiyyətdaxili qruplaşmalarla münaqişə vəziyyətində olması ona yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan nazirlərlə qarşıdurma, onların bəziləri ilə hətta məhkəmədə çözülən əmlak mübahisəsi komitə sədrinin mövqeyini xeyli dərəcədə laxladıb.

Malik Həsənov deputat olmaq üçün Fərhad Əliyevdən kömək istəyib? - ilginc iddia

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov deputat olduğu dairədə özünə seçki qərargahı yaradıb. Gundeminfo.az-a daxil olan məlumata əsasən millət vəkili ötən parlament seçkilərində deputat olduğu 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən dəstəklənsə də, bu dəfə təmsil olunduğu partiyanın namizədlər siyahısının açıqlanmasını gözləməyib. Artıq media vasitəsilə özünü yerli əhalinin ən yaxın adamı kimi, qayğıkeş deputatı kimi təqdim edən Malik Həsənov Cəlilabad şəhərində özünə seçki qərargahı üçün dəbdəbəli imarət də götürüb. Məlumat verən mənbə bildirir ki, Cəlilabad rayonunda Heydər Əliyev prospektində 2 mərtəbəli binanı özünə Seçki Qərargahı kimi götürən Malik Həsənov artıq orada özü üçün seçkilərdə seçicilərlə işləməkdən ötnü onbaşılar, yüzbaşılar da seçməyə başlayıb.

Məlumat verən mənbə bildirir ki, rayon əhalisi arasında birmənalı şəxs kimi qəbul edilməyən Malik Həsənov hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumlarına da minnətçi düşüb. İnformasiyaya əsasən rayonun Alar kəndində nifuz sahibi olan Əliyevlər nəslinin bir sıra üzvləri ilə görüşlərə və təmasa cəhd edən Malik Həsənovun təşəbbüsləri uğursuzluqla nəticələnib. Məlumat verən mənbə iddia edir ki, bununla bağlı olaraq artıq Alar sakinləri narazılıqlarını da ifadə etməyə başlayıblar.

«Cəlilabadda Fərhad Əliyevin həbsində əli olan şəxs kimi təqdim edilən Kərəm Həsənovun qardaşı ilə bağlı mövqelər və təəssuratlar birmənalı deyil» deyə həmsöhbətimiz bildirir. Bu mövzu ilə bağlı olaraq araşdırmalarımız davam edir.

Deputat Malik Həsənovun Dubay biznesi çökür

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti olan M.Həsənov manatın devalvasiyasından sonra milyonlar itirib

Mənbəmiz iddia edir ki, paytaxtda iri elektronika mağazalar şəbəkəsi olan imtiyazlı deputatın vəziyyəti yaxşı deyil.
Bir tərəfdən də bankların kredit siyasətinin sərtləşməsi deputatın alverini kökündən kəsib.

Bəzi məlumatlara görə, M.Həsənov bir neçə obyektini də bağlamağa hazırlaşır. Bu səbəbdən də o, bir müddət öncə Dubayda olub və bu ölkədə olan biznesini də tədricən bağlamaq niyyətindədir.

Xatırladaq ki, M.Həsənov 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkilidir.

Deputat Malik Həsənovun obyekti yandı

Kərəm Həsənovun qardaşına məxsus “Sevgilim” kafesi tamamilə yanıb, kül olub

Aprelin 12-də səhər saat 05:00 radələrində Dənizkənarı Milli Parkda “Sevgilim” adlı kafedə yanğın baş verib. Hökumət Evi ilə üzbəüz kafedə baş verən yanğın nəticəsində kafe tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunsa da, nəticəsi olmayıb. Kafe içərisindəki ləvazimatlarla birlikdə yanaraq kül olub. İlkin ehtimala görə, kafenin yanmasına səbəb qısaqapanma olub. Kafenin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus olduğu bildirilir.

Yanğın baş verən kafenin yerinin təmizlənməsi və yenidən yerində kafe tikilməsi üçün fəhlələr işə cəlb olunub. Artıq kafenin yerində qalan əşyalar tamamilə təmizlənib.

Kafeni işlədən müdiri və orada işləyən ofisiantları tapmağa çalışsaq da, bu, mümkün olmadı. Yaxınlıqdakı kafelərin birində aşbaz işləyən şəxs bildirdi ki, yanğın baş verən zaman müdir və ofisiantların əraziyə gəlişinə qadağa qoyulub: “Səhər işə gələn zaman artıq gördük ki, sanki burada ümumiyyətlə, kafe olmayıb. Yanğınsöndürənlər də ərazidə yox idi. Bu kafeni işlədən müdiri və ofisiantları yaxşı tanıyıram. Onlarla əlaqə saxlamağa çalışsam da, alınmadı. Çünki telefonları söndürülmüşdür. Yanğının qısaqapanmadan baş verdiyini düşünmürəm. Onsuz da Azərbaycanda nə yanğın olursa, hamısına qısaqapanma diaqnozu qoyulur. Adını bilməsək də, bu kafenin bir dövlət məmurunun olduğu haqqında eşitmişik. O baxımdan gələn jurnalistlərə çəkiliş aparmağa icazə verilmir. Hətta bunun üçün Milli Parkın mühafizəçilərinə xüsusi tapşırıq verilib”.

Yanğın baş verən ərazidə çəkiliş apararkən aşbazın dediklərinin doğru olduğunu gördük. Parkın mühafizəçiləri çəkilişimizə imkan vermədilər. Səbəbini soruşduqda isə “bizə belə bir tapşırıq verilib ki, ümumiyyətlə ərazidə heç kəsin çəkiliş aparmasına icazə verməyək” – deyə mühafizəçilər cavab verdilər.

Kafenin yerinin təmizlənməsinə nəzarət edən şəxs bizimlə xüsusi ilə kobud davrandı. Hətta bizə kafenin hansı dövlət məmurunun olduğunu deməsə də, onu sübut edən cavab verməkdən çəkinmədi: “Siz heç bilirsiniz ki, bu kafe kimindir? Bunu bilsəniz çəkiliş aparmağa cəsarətiniz çatmaz”.
Yanan kafeyə yaxın ərazidəki digər kafelərin və Milli Parkın hadisə baş verən əraziyə yaxın işçilərinin də fikirlərini öyrənməyə çalışdıq. Onlar danışmaqdan imtina etdilər. Sanki bulvar baş vermiş yanğına görə susdurulmuşdu…

Əldə etdiyimiz məlumata görə, yanan kafenin sahibi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovdur. Həsənov qardaşlarının Bakı şəhərində xeyli obyektlərinin, daşınmaz əmlaklarının olduğu deyilir.

Kərəm Həsənovun qardaşı sahibkarı hədələyir

«Vilayət Eyvazova deyəcəm səni ilişdirsin»

Redakisiyamıza sahibkar Quluzadə Yaşar Əlihüseyn oğlundan məktub gəlib. “Mərkəz” ASC-nin səhmdarlarından biri olduğunu bəyan edən sahibkar, onun payına düşən əmlakın qanunsuz yolla mənimsənilmə cəhdlərindən narahat olduğunu deyir. 

“Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və qardaşı obyektə aid olan səhmlərimi zorla, hədə-qorxu ilə əlimdən almaq istəyir və razılığım olmadan obyekti təmir etdirirlər. Səhmdar olmağıma baxmayaraq, məni obyektə buraxmırlar, çox ucuz qiymətə və imkan daxilində hətta səhmləri pulsuz əlimdən almağa çalışırlar. K.Həsənovun nümayəndələri (qondarma A.S.C.-nin rəhbərləri) dəfələrlə mənimlə görüşüb ən yüksək səviyyəli dövlət adamlarının adlarını çəkərək başımı ”cəncələ salmamağı” məsləhət görərək, obyekt hüquqlarımdan əl çəkməyimi tələb edirlər. Yüksək dövlət adamları, prezident və xanımının, onların müxtəlif qohumlarının, PA rəhbəri Ramiz Mehdiyevin də adıyla məni qorxutmağa çalışırlar. 

Mən hədə-qorxulardan çəkinməyib tələbi yerinə yetirmədim. Kərəm Həsənovun qardaşı, AZINKO şirkətinin rəhbəri deputat Malik Həsənova zəng edib təmiri dayandırmağı və özbaşınalığa son qoymağı tələb etdim. Ilk danışığmızda o, bu işi araşdırıb tədbir görəcəyini vəd etsə də, daha sonra hədə-qorxu gələrək əmlakımdan əl çəkməsəm məni həbs etdirəcəyini bildirdi.

Nəzərinizə çatdırım ki, bütün bu hədələr, dövlət başçısı Ilham Əliyevin məlum çıxışından sonra daha intensiv şəkildə davam etdirilib”.
Qeyd edək ki, Yaşar Quluzadə təmiz cins Qarabağ atları yetişdirən ilk şəxsi təsərrüfatın sahibidir. Ən çətin illərində Qarabağ atlarınin nəslinin kəsilməsinin qarşısını alanlardan biri, birincisi olub. Xeyli sayda küncdə-bucaqda məhv olmaqda olan Qarabağ madyanlarını toplayıb 1998-ci ildən bu günə qədər öz şəxsi vəsaiti hesabına Qarabağ atları saxlayır, təbliğ edir. Qarabağ cinsli Atların Dövlət Damazlıq Kitabının redaktorudur. Azərbaycan Atçılar Birliyinin Idarə Heyətinin üzvüdür. 1998-2013-cü illər ərzində onlarla təmiz cins Qarabağ atı yetişdirib, bu cinsin artırılmasına əmək sərf edib. Mərkəzi Almaniyada yerləşən Beynəlxalq Qarabağ Atları Cəmiyyətinin üzvüdür. Azərbaycandan xaricdə müxtəlif beynəlxalq təşkilatlarda, media qurumlarında milli sərvətimiz olan atlarımızı təbliğ və təmsil edən yeganə şəxslərdən biridir. Azərbaycan SSR-də DTK-da və MTN-də çalışıb, mühüm dövlət əhəmiyyətli əməliyyatların iştirakçısı olub.
`Məlik Həsənov deputatdır? Vallah mən belə deputat tanımıram` - Onu heç kim tanımadı

Ceyhun Musaoğlu (Jurnalist Ekspert Mərkəzinin rəhbəri):

Malik Həsənov adlı deputatın adını və soyadını eşitmişəm. Bilirəm ki, parlamentin 125 deputatından biridir. Amma onun hansı seçki dairəsini təmsil etdiyindən xəbərsizəm. Bunu aydınlaşdırmaq üçün gərək Milli Məclisin saytına daxil olub məlumat alasan. Əks halda bunu dəqiqləşdirmək qeyri-mümkündür. Onu parlamentdə heç bir çıxışını müşahidə etməmişəm, mətbuatda hər hansı açıqlamasına bircə dəfə belə rast gəlməmişəm. Yəqin ki, o, aktiv deyil ki, ölkənin ictimai həyatında yaxından iştirak edən jurnalistlər də onun fəaliyyətindən xəbərsizdir.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzetinin parlament müxbiri):

Bilirəm ki, Malik Həsənov Kərəm Həsənovun qardaşıdır. Baxmayaraq ki, uzun müddətdir parlament müxbiri kimi fəaliyyət göstərirəm, onun heç bir fəaliyyətini hiss etməmişəm. Amma insaf naminə demək lazımdır ki, kifayət qədər ciddi geyimli, özünə fikir verən deputatdır. Amma ictimai-siyasi aktivliyi yox dərəcəsindədir.

Yaşar İsakov (müstəqil jurnalist):

Malik Həsənov adında deputat tanımıram. İlk dəfədir bu adı sizdən eşidirəm. Hətta onun haradan deputat seçilməsi, hansı bölgəni təmsil etməsi haqqında təsəvvürüm belə yoxdur. Yəqin ki, bu adlı deputat öz mövcudluğunu hiss etdirsəydi, mən onu tanıyardım. Çünki az-çox üzdə olan bütün deputatları tanıyıram. Bu siyahıda Malik Həsənovun adının olmaması onun öz problemidir. Görünür deputat fəaliyyətini hiss etdirmək niyyətində deyil.

Ədil Hüseynli (Bizimxeber.az portalının baş redaktoru):

Malik Həsənov adında deputatın olduğundan xəbərim var. Bildiyimə görə, Kərəm Həsənovun qardaşıdır. Həm də deyəsən Cəlilabaddan seçilib. Amma fəaliyyəti haqqında müsbət fikirlər söyləmək olmur. Çünki onun deputat kimi fəaliyyəti nə parlamentdə, nə seçki dairəsində, nə də mətbuatda sezilmir.

Aydın Kərimov (“Novoye Vremya” qəzetinin əməkdaşı):

Malik Həsənov kimdir ki? Deputatdır, vallah mən belə deputat tanımıram. Adını ilk dəfə sizdən eşidirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar