Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakinləri ələ salan Razim Məmmədov qərarını dəyişdi


Bakının Xətai rayonunda Sergey Senyuşkin küçəsində yerləşən 7A saylı bina sökülməyəcək. Bu barədə məlumatı binanın sakinlərinə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) veriblər


Dünən qeyd etdiyimiz ünvanda olan binanın söküləcəyi haqda xəbər vermişdik. 

Belə bir xəbərdarlığı sakinlərə Xətai rayon icra başçısı Razim Məmmədov etmişdi. R.Məmmədov sakinlərə evlərinin söküləcəyi və qaşılığında kompensasiya olaraq bir kvadratmetrə görə 1200 manat veriləcəyini vəd etmişdi. İcra başçısı evlərinin sökülməsini istəməyən sakinlərə bir neçə dəfə xəbərdarlığa gələcəklərini də demişdi. Özü də çox unikal şəkildə: “Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik”.

Buna etiraz olaraq bina sakinləri dünən 20:00-da binanın qarşısına toplaşacaqlarını və icra hakimiyyətindən də nümayəndənin gəlməsini tələb etmişdilər. Sakinlərin şikayəti mətbuata çıxarıldıqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək sakinlərə evlərinin sökülməyəcəyini deyib.

Bina sakinlərindən Natəvan İmanova virtualaz.org saytına bildirdi ki, icra hakimiyyətindən gələn nümayəndələr binanın mart ayına qədər yenidən üzlənəcəyini və sökülməyəcəyini deyib. Onlar da yenidən toplaşmaq fikrindən daşınıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar