Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakisyanın güzəştsiz danışıqlar masasında oturmağa dəyərmi?


Politoloq: “Bu açıqlama açıq-aşkar həyasızlıqdır. Azərbaycan öz torpaqlarını heç kimə bağışlayası deyil”


“Minsk Qrupu həyasızlıq nümayiş etdirən işğalçıya öz münasibətlərini bildirmək istəmir”.

Bu fikirləri PİA.AZ-a politoloq Qabil Hüseynli  Ermənistan prezidenti Serj Sarkiyanın səsləndirdiyi bəyanata münasibət bildirərkən qeyd edib.

Xəbər verildiyi kimi ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına müsahibə verib. Telekanal həmin müsahibəni ötən axşam yayımlayıb və məlum olur ki, Sərkisyan Qarabağ məsələsi və Rusiyanın Azərbaycana silah satması kimi mövzularda geniş danışıb.

Xatırladaq ki, həmin müsahibədə Serj Sarkisyan Qarabağ münaqişəsinin həllində güzəştlərin imkansızlığını xüsusi olaraq vurğulayıb. İşğalçı ölkənin prezidenti bildirib ki, münaqişə daha 20 il də həll olunmasa, Ermənistan geri çəkilməyəcək. Hər fürsətdə problemin danışıqlar yolu ilə həllini alternativsiz adlandıran vasitəçi dövlətlər və ya digər dünya liderlərinin Ermənistan prezidentinin bu bəyanatına susqunluq nümayiş etdirməsini necə şərh etmək olar? Demək olar ki, danışıqlar vasitəsilə problemin həllinə heç bir ümid yeri yoxdur?

Bu sullarla PİA.AZ-ın əmkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Azərbaycan haqq yolundadır və gec- tez öz torpaqlarının sahibi olacaq”.


Politoloq Hüseynli Sarkisyanın verdiyi bəyanatı həyasızlıq hesab edir və Azərbaycanın hər bir qarış torpağının sonda alacağını bildirir:

“Bu açıqlama açıq-aşkar həyasızlıqdır. Azərbaycan öz torpaqlarını heç kimə bağışlayası deyil. Cırtdan Ermənistanın Rusiyanın qəyyumluğuna söykənib öz səsi ilə deyil, qəyyumunun səsi ilə danışması onun dediklərinin həyata keçəcəyinə təminat vermir. Azərbaycan öz torpaqlarının bir qarışından belə keçməyəcək və  torpağında ikinci Ermənistan dövlətinin yaranmasına qətiyyən imkan verməyəcək. Dünyada beynəlxalq hüquq normaları var və həmin normalara əsasən hansı işğalçıya işğal etdiyi torpaqlar qismət olur? Sonda yenə işğal etdiklərini geri qaytarmağa məcbur olurlar. İndiki şəraitdə isə bu mümkün deyil.

Ermənistanın təkcə Qarabağı deyil, həmçinin yeddi rayonun ərazisində güzəştə getməyəcəyini bildirməsinə böyük dövlətlərin,  xüsusilə də Minsk prosesində iştirak edən dövlətlərin reaksiyası olmalı idi. Həmin dövlətlər prosesdə nizamlayıcı və vasitəçilik istəklərini göstərirlər. Həmçinin bölgədə müharibənin təhlükəli olması barədə xəbərdarlıq edirlər. Eyni zamanda belə həyasızlıq nümayiş etdirən işğalçıya öz münasibətlərini bildirmək istəmirlər. Bu cür həyasız insanlarla necə ümumi dil tapmaq və ya siyasi kompromisə getmək olar? Bunlar hamısı danışıqlar masasının məsələləridir. Halbuki onlar bu masanın ətrafında oturmaq istəmirlər və onu pozmağa cəhd edirlər.Buna görə də Azərbaycan haqq yolundadır və gec ya tez öz torpaqlarının sahibi olacaq.

Qabil Hüseynli: “Bu cür həyasız insanlarla necə ümumi dil tapmaq və ya siyasi kompromisə getmək olar?”.


Davam edən danışıqlar prosesi Ermənistana güclü xəbərdarlıq  və yaxud da ona qarşı müəyyən addımların atılması ilə müşayiət olunsa, bəlkə oradan nəsə gözləmək olar. Rusiya indi danışıqlar prosesini ATƏT-in təsiri altında çıxarıb, öz əlinə almaq istəyir. Lakin bundan hansısa ciddi nəticələrin çıxacağını zənn etmirəm. Çünki Rusiyanın mövqeyi Ermənistanın mövqeyinə çox yaxındır. Yəni, Rusiya hökuməti bu məsələdə artıq tərəfsiz deyil və son vaxtlar verdikləri açıqlamalarla nümayiş etdiriblər ki, onlar Ermənistanın tərəfindədirlər. Bax elə bu səbəbdən də prezidentlərin görüşünün təşkilində Putinin təşəbbüsü, onunla birgə Ermənistan prezidentinin verdiyi uğursuz və heyasız bəyanat danışıqların prespektivliyinə ümidləri itirir”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar