Məşhur telejurnalist Ceyhun Əsgərov yenidən ANS-ə qayıdıb
PİA.AZ xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, o, ANS ÇM radiosuna baş redaktor təyin olunub.
Ceyhun Əsgərovun təyinatı ilə bağlı xəbər ANS-dən təsdiqlənib.
Xatırladaq ki, Ceyhun Əsgərov ANS TV-dən 2011-ci ilin mart ayında ayrılıb.
O, mərhum jurnalist Salatın Əsgərovanın oğludur.