Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saleh Məmmədov Cavid Qurbanovun yerinə gətirilir?


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun yaxın zamanlarda “Dövlət Dəmir Yollarlı” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə gətiriləcəyi haqqında xəbərlər yayılıb


Saleh Məmmədovun yaxınları iddia edir ki, bu məsələ artıq yuxarılarla razılaşdırılıb.

Saleh Məmmədov əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Onun tərcümeyi-halında ən ilginc faktlardan biri 2015-ci ildə, 56 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsidir.

Hüquq diplomu alana qədər Saleh Məmmədov Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində, “Yoltəmirtikinti” baş idarəsində, “Azərneft” yol tikinti təmir trestində, “Azkommunkomplekttexnika ” istehsalat birliyində çalışıb. 1995-2003-cü illərdə “Azəravtoyol” dövlət şirkətinin körpü tikinti trestində çalışıb. 2003-2015-ci illərdə isə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamentində işləyib.

Hüquq diplomu Saleh Məmmədova uğur gətirib – 2015-ci il dekabrın 28-də o, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Cavid Qurbanovun Dövlət Dəmir Yollarına rəhbər təyin edilməsindən sonra uzun müddət boş qalan “Azəryolservis”ə Saleh Məmmədovun rəhbər təyin edilməsi bu sistemdə çalışanlar üçün gözlənilməz olub. Çünki o, buna qədər orta səviyyəli məmur olub. Yeni vəzifəsinə Saleh Məmmədov Cavid Qurbanovun kadrlarınının “təmizlənməsi” ilə başlayıb. Onları öz yaxın çevrəsi ilə əvəzləyən yeni sədrin addımları kollektivdə yaxşı qarşılanmayıb. Çünki təyinat alan şəxslərin çoxu bu sektorda heç bir təcrübəsi olmayan, hətta ali məktəb bitirməmiş şəxslər olub.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar