Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda çətənə kolu əkib-becərən tutuldu


Salyan polisi qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərən rayon sakinini saxlayıb


Həmin şəxsin həyətyanı sahəsindən çəkisi 64 kiloqrama yaxın 144 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxil olmuş məlumat əsasında Salyan polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Quyçu kəndində əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində həmin kəndin sakini, 40 yaşlı Mübariz Xanəhməd oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Mübariz Cəfərovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədən ümumi çəkisi 64 kiloqrama yaxın 144 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

RPŞ-nin müstəntiqi Sahib Səfərov deyir ki, "Bundan başqa Mübariz Cəfərovun yaşadığı evin həyətyanı sahəsindəki tikilidə 2,7 kiloqram quruduluş marixuana tapılıb".

Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və qurudulmuş marixuana ilə birlikdə şöbəyə gətirilib. İlkin dindirilmə zamanı Mübariz Cəfərov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar