Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanki biz bunlara səs vermişik

Deputatlar elə danışırlar, sanki bunları xalq seçibdir. Bütün günü millətin dərd-sərini dilə gətirirlər. Büdcə müzakirələrində hökuməti divara necə dirədilərsə, bəzi nazirlərin divarda şəkli qaldı. Artur müəllim isə az qalmışdı istefa versin, bizi yetim qoysun


Hökumət daxilindən sızan xəbərə görə baş naziri istefa verməkdən yalnız bir məsələ saxlayıbdır: Artur müəllim çox cəhd edib, ancaq Azərbaycan dilində “istefa verirəm” sözünü deyə bilməyibdir. Açığı, çətin sözdür, mən özüm də güclə yazdım. Vəzifədə oturanda isə lap çətin yazırsan. 

Hələ siz Fəzail Ağamalıya qulaq asın! Gah deyir, bank sistemi iflic vəziyyətindədir, gah rayonları ləğv edib quberniya yaratmağa səsləyir, bunun daha çevik və səmərəli idarəçilik sistemi olacağını vurğulayır. Yəni, demək istəyir ki, indiki idarəçilik sistemi tənbəl, ölüvay və səmərəsizdir. Mən başa düşmürəm adamın məqsədi nədir. Axı çox uzaq vaxt keçməyib, deputatxanada belə tənqidi çıxışlar yapdığı üçün Hüseyn Abdullayevə cummuşdular, dava-şava düşmüşdü, sonra Hüseyn müəllimin deputatlığını ləğv eləyib türməyə saldılar, sonra köçüb getdi Almaniyaya, ordan alovlu mahnılar yazıb alman xalqını (bəzi versiyalara görə həm də uca millətimizi) üsyana səsləyir. 

Bax, Fəzail müəllim, o dava sənin gözünün qabağında olmamışdımı? Hətta elə bil dalaşanın biri sən özün idin, hərçənd, biz belə şeylərə inanmırıq, müxalifətin uydurmasıdır. İndi sən əgər mahnı yaza bilmirsənsə, nə üçün hökuməti tənqid edirsən? Buna nə haqqın vardır?
İsraildən deputatımız Yevda müəllim isə lap kəskin danışıbdır, sanki hökumət nümayəndələri Fələstin muxtariyyətinin üzvləridir, Milli Məclis isə Qəzza zolağıdır. Sitat: “Mən Tarif Şurasının qərarıyla razı deyiləm. Bunlar qiyməti əsassız qaldırırlar. Məmurlar korrupsiya ilə məşğuldur. Bəzilərinin hər yerdə - dağda, bağda, dəniz qırağında villaları var. Qoyun sürüsü saxlayan da var, adını çəkmək istəmirəm”. 

Əlbəttə, düz eləyir çəkmir, çünki bəlkə o sürünün yiyəsi Yevda müəllimi işdən çıxardıb özünə çoban götürmək qüdrətindədir? Ancaq bu narazılığın da hansısa həddi olmalıdır. Tarif Şurasını, adından göründüyü kimi, tərifləmək lazımdır. Tənqid eləyirsənsə, ölkəmizdəki uğurları görmürsənsə, deməli, xaricdən maliyyələşən qara qüvvəsən, bunun o yanı, bu yanı yoxdur. 

Yığışdırın özünüzü, əsas da xalqı çaşdırmayın. Yoxsa yuxarıda yazdığım kimi, xalq elə bilər doğrudan da sizi seçibdir. Kövrək sabitliyimizə belə hallar xələl gətirir. 

Bu mənada Səyavuş Novruzovun dünənki çıxışı olduqca önəmlidir. Sitat: “Burada vaxtilə tərif deyənlər indi baxıram ki, tənqidi fikirlər söyləyirlər”. Düppədüz! Elə mən də bunu yazıram da bə! Nə oldu, bağda neft var idi, salam-əleyk var idi, bağa girdim üzümə, tikan batdı dizimə? (Sanki məsəli qarışdırdım, çox üz vurmayın, hamısı krizisə görədir - indən belə köşələri diferensiallaşdırıram, bir yazıda bir neçə yazını sıxıb verəcəyəm). Adamın gərək bir sifəti olsun. Ya təriflə, ya da tənqid elə. Yoxsa baxırsan dünənə qədər sumo güləşinə gedən adam indi özünü balerina kimi aparır, səhnəyə dırmaşıb deyir ordan Qara Qarayevin “İldırımlı yollar”ını çalın, rəqs eləyəcəyəm. Belə saxta “üsyankarlardan” çox görmüşük, fırıldaq keçməz. 

İnkişafımız davamlıdırsa, kadrlar davamlı olmağa borcludur. Misal üçün, Mərkəzi Bankın sədri Elman müəllimə mənim böyük hörmətim var, çünki adam bir sahəni tutub orda da gedir. Daha doğrusu, üzür. Elman müəllim manatı krizis dənizinin fırtınaları arasına ötürüb bu dibi deşik valyutamızın dalğalar qoynunda necə ora-bura çırpıldığını şən vəziyyətdə izləməkdədir. Dünən isə hardasa gördüm, Elman müəllim manatın dayanıqlığını saxlamaq üçün fiskal lövbər atmağın vacibliyini demişdir. Yəqin bir azdan deyəcək ki, ay camaat, artıq “Titanik” batır, özünüzə əlac edin, akula sizi yeyəcək. Ya da maliyyəçi yox, matros olduğunu boynuna alacaqdır. 

Bütün hallarda adam ancaq dənizçilik terminləri ilə danışır, söhbəti tutubdur. Yoxsa nala-mıxa vurmur, bəzi deputatlar kimi...(musavat.com)


Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar