Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyan başını itirib


Uğursuzluq Ermənistan prezidentinin psixikasına güclü təsir göstərib


Soçi danışıqları və Dağlıq Qarabağı Gömrük İttifaqına daşımaq cəhdinin uğursuzluğu, təbii ki, Ermənistan prezidentinin psixikasına güclü təsir göstərib. Bir tərəfdən də yalnız müxalifət liderləri deyil, bir sıra partiyaların da liderləri hər gün onu istefaya çağırırlar, deyirlər ki, bu, nə qədər tez olsa, həm ölkə, həm də Sercin özü üçün daha yaxşıdır.

O, qəfildən elə bir bəyanatla çıxış etdi ki, dövlət xadiminin nitqindən çox hansısa cinayət qruplaşmasının komandirinin təhdidlərinə bənzədi. "Bizim təsir dairəsi 300 kilometr olan ballistik raketlərimiz var, onlar Azərbayjanın istənilən çiçəklənən şəhərini xarabalığa çevirə bilər",- deyə qəflətən o vurğulayıb. 

Burada sual yaranır, Azərbaycan da Ermənistan kimi Rusiyadan silah alır. Sadəcə, bir fərq var. Bakı hərbi texnikanı və lazımi silahı sərbəst dönərli valyuta ilə alır, İrəvana isə onları pulsuz verirlər. Yəni Azərbaycanın da bu cür ballistik raketləri var. Əgər onlarla İrəvan şəhərinə zərbə vurularsa, atom elektrik stansiyası yerləşən bu şəhər tamamilə yox olacaq, “qədim” erməni xalqının özünün isə möv udluğu sual altına düşəjək. 

Sarkisyan qəfildə pafosla bəyan edir: "Müharibə yaxşı iş deyil". Kim olmasa da, öz əlaltıları ilə birlikdə Ermənistan ordusunun yardımından istifadə edərək Azərbaycana qarşı bu müharibəni başlatmış biri kimi onun bundan danışmağa haqqı yoxdur. 

İndi o yalvarır, sülh tələb edir və hətta dünya ictimaiyyətini Azərbaycanın “təcavüzündən” qorunmaq üçün yardıma çağırır. 

Ermənistan başçısı hətta Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) başçısının öz ölkəsinə səfəri ilə qorxutmaq istəyirdi. Amma burda da özü-özünü təkzib elədi, bu hərbi blokun təmsilçilərinin Qarabağdakı qanlı münaqişə ilə bağlı susmaları barədə narahatçılıq bildirdi.

Bəs, nə oldu ki, Sarkisyan belə başını itirdi? Axı keçən şənbə və bazar o, Soçidə özünü siçan kimi sakit aparırdı. Qarabağ probleminin həlli ehtimalını müzakirə edirdi. Bazar ertəsi isə sanki zəncirini qırmışdı, bağırmağa başlamışdı ki, dağıdacaq, bombalayacaq və qıracaq. Qəflətən isə bildirdi ki, məzuniyyətə gedir. 

Bəlkə də onun başına nəsə olub, özünü həkimlərə göstərə bilər. Çünki bu gün baş verənlər hələ ki, sadəcə, muştuluqdur. Mən Qarabağdakı münaqişəni və Ermənistanın özündə baş verən hadisələri nəzərdə tuturam. Görəjəklər hələ qabaqdadır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar