Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın bəyanatı ciddi qarşılanmır- Video


“Ermənistanın bir dövlət kimi ortaya çıxmasının özü də elə SSRİ-dən qalma problemdir”



Sarkisyanın bəyanatları Soçi danışıqlarına vasitəçilik edən Rusiyada da maraqla izlənilir. Moskvada Ermənistan prezidentini ciddi qarşılamırlar.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı ballistik raket hücumu ilə təhdid etməsi Rusiyanın hərbi ekspertləri tərəfindən də ciddi bir bəyanat kimi qəbul edilmədi. 

Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Xramçixin Ermənistanın hərbi güc baxımından Azərbaycandan çox zəif olduğunu və belə bəyanatların sadəcə siyasi məqsəd güddüyünə inanır.

Aleksandr Xramçixin sözlərinə görə, aydın məsələdir ki, Sarkisyan bu bəyanatı öz elektoratı üçün edib:

Ermənistanda kütləvi qırğın silahı olmadığı üçün hərbi baxımdan onun Azərbaycanı məhv etməsi mümkün deyil. Ermənistanda sadəcə köhnə Sovet raketləri mövcuddur ki, bunlar da nəinki Azərbaycanı yox etməsi, hətta bəzi konkret hərbi obyektlərə belə dəqqiq zərbə endirə bilməsi sual altındadır”.

Rusiyanın tanınmış jurnalisti Orxan Camal isə Sarkisyanın təhdidlərinin Ermənistanın qarşılaşdığı bəzi çətinliklərdən qaynaqlandığına inanır.

Orxan Camal deyir ki, Rusiyanın isə indi Ukrayna ilə bağlı ciddi problemləri var:

Ermənistan prezidenti də Rusiyanın dəstəyinin azaldığını hiss etdiyi üçün belə əsəbi bəyanatlar verməyə başladı. Putinin Qarabağ münaqişəsi SSRİ-nin mirasıdır, sözünə gəlincə isə bunu da unutmamalıyıq ki, Ermənistanın bir dövlət kimi ortaya çıxmasının özü də elə SSRİ-dən qalma problemdir”.

Soçidə baş tutan müzakirələrdə Qarabağ münaqişəsinin dinc yollarla həlli üçün çalışamaların davam etdirilməsi qərarı alınmışdı.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar