Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın partiyasından asılı olan Paşinyan hakimiyyəti...


Məxməri inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın hakimiyyəti bu gün tamamilə devrilmiş Sakisyanın partiyasından asılıdır. Və belə çıxır ki, Sarkisyan və Qarabağ klanı münbit şəraitdə Paşinyan hökümətini asanlıqla devirə bilər


“Çox güman ki,  parlament seçkilərindən sonra Ermənistanda Respublikaçılar Partiyası yavaş-yavaş tarixin arxivinə qovuşacaq”.

Bu sözləri politoloq Ceyhun Əhmədli Ermənistandakı “məxməri inqilab”dan sonra ölkənin mövcud siyasi vəziyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Ermənistanda hakimiyyət sistemini iflic vəziyyətinə salan “Məxməri inqilab”dan sonra Ermənistan  Respublika Partiyasından kütləvi istefalar müşahidə olunmur və Ermənistanın keçmiş hakim partiyası hələ də parlamentdə səs çoxluğuna sahibdir. Bəzi ekspertlər hesab edir ki, Respublika Partiyasının əksər üzvləri Ermənistan müxalifətinin lideri, parlamentin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın planlarını pozmaq üçün yollar axtarırlar. “Yelk” fraksiyasının üzvü Ararat Mirzoyan isə öz növbəsində bildirib ki, hazırda respublikaçılarla onların Paşinyanı dəstəkləməsi istiqamətində danışıqlar aparılır. Maraqlıdıdr ki, məxməri inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın hakimiyyəti bu gün tamamilə devrilmiş Sakisyanın partiyasından asılıdır. Və belə çıxır ki, Sarkisyan və Qarabağ klanı münbit şəraitdə Paşinyan hökümətini asanlıqla devirə bilər. Bunun qarşısını almaq üçünsə Paşinyanın növbədənkənar parlament seçkiləri keçirməlidir. Lakin hazırkı şərtlərlə Ermənistan konstitutsiyası Paşinyanın bu məqsədinə çatmasını imkansız edir. 

Ermənistanda Respublika Partiyasına qarşı böyük qəzəbin və etirazın olmasına baxmayaraq, bu partiyanın yerli özəklərinin dağılmamasını nəylə izah etmək olar və bu Ermənistan hakimiyyətində ikitirəliyin yaranmasına səbəb ola bilərmi? Həmçinin Respublika Partiyasının hələ də ayaqda durması Paşinyan hökümətinə olan daxili və xarici etimadsızlıqdan doğan psixoloji durumla əlaqəli ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Ceyhun Əhmədlinin fikirlərini öyrənib.

VHPdq4lx5uM/FRnnULYc0WECEAlKQGyEVTIJxM1jJhQA2HHUZEbfku09Fr1+s2anUJ7QGGp99uR8de9cYDVvvotcf04+z+jP8AF2h7oSsq0Xg9nQFFrUZcDlkDlO9SQoVuYC4AHMAzBzjLVIGDtOzNgSBt2p59mbMQNN+9Q6dmaci5w4Sl9QJ9J3OdQhILHXWVsjs6Dfr5JIsDTs8+CY+re28bzOxH9UOyqfJBNk2nCcyTTAE5C0ooHKIuCPJJkIAr71suMKFdt3lhkq8dCSQmLI6oU8UXLkAJi10cQhPSilUToY1aoy95XdhzVQVr72bLSsi/UrfgnyRzPIgoy0LpNOxPgOSrE4RmlPqBWk3ZSMdDLmuWU6QWmXBk6Zn4LW2m0gNJJ58lzy01S9xcdpJSMsmlRpwwV2LaMynE2Ne4JxINIoaJCcnJIQA1WbsXXrqvht4WTCBFSm0S3a1zGyMJ2tcA7Pu58kqLefRA8GvVpn7VMOHNjo/v8kVegutl0yzEgEjYMozg5gpwADYtjZ7pBoii4505DXbQJkDiM1mr2u+rRPabLfWAy/JZZ43E34c0Z99jIjVI6Z18F3ucIAcKdNu8lwxOA7sSsLms0/pHDIeiN7t6y30r2yHULK3IU2F7gPWeYHkHfiTcMKVifKmpPivg54NpTB1UmpkFGCaZh8JRRNCU0IAOPco2GU/UdkeaaGWXigAEQFfdBr5FntEO9CrDHcDPZd3EweBVC8Jo5KslaJR3mq8gZf8ASjsIHrD8SF2WgVaNOoPtsY7xaJUl2zmsjQ5MYLQdp8T8k4D7R8fySmRgnccvxJTmjPhh88Kii4gj2vMJIbG3+lOFuvAiP5fmg9sHLh7lFENgptTkBNUwl4VrFiwAiyRJOSAFOAQcicECgBJSSUvJFIRYFNe9tAELL1HSVpLyupz6ksjCdZ2HgkV7gAZ2XEv4wAeC2Y5wilvs52bHkm3ozoeUMaXUp4SQRBGoSIWoy7RW9Iah6kxtInksurjpLaiSKY0EOPEmYH+b1UMWHM7kdDx4tQ2OToeCeboo7tO9PMcljhxpSSgEooAQQtR9GtoLLdSj7Qe08sJd/as1Cu+gxi3Wf78fiY5vxUoGd6cO0CDrkkXg54aMJmTBBEgg8EVlMgDcp9Jkmd3vKnsoVtnsQbBIiPRbuXD+l9t6+2V6kyMZa37tPsD+me9d06RWzqaNWr6jHO/C0lecKj8s8ztO87VDJj9jFodsTTRmhO1OUWqCxIwpMo5TdQoICp5jvR4gMhmd6jzsG1PU2oJDc3aU09qfIJ2JBB2hAG/+je9alRrqDmjBSaMLs8Xaceydka+C2ztRz+C5R0GvM0rU1swyr2HTtMHB34oHeuqu1b3+5ZpqmNgJb6Ph/UEpztf4f7UgHsfh94Rv2/w/BKYxCgdebf7UHnPw9wSd/MfBG8Znu/pCFsAmBOQmmSnIK1iw4RYQhCKOKgAyEZREIigACEUhBCQgAsQRlwSZCBKLArb8szDTc8jtAZHQ8BxWSY2TAW2vKz9ZTLJiY8isJ0pqGyUyyQalUFrSPs0/tu5mcI5la8WVRgYc2FymqRj7XW6x7n7zly2eSOm1IpU5CkNEJHZpSpUN1ae3Q+RSKRUisYUVzs+aAJQCUmqbk4CgBatuiRi2WY//AGp+bgPiqYPVlcD4tNnM/wDuo/7jVKA79ZBmVZWc6qvsW0qbZdqldizL/SnaMF31fbLGfieAfKVwSu9dq+mipFiYPWrs8mPPwXEXZlRIuhTW5J4aJtiW/RQSJc5Je5ESklABMTrTv0TM5p9jskAGam4I2vScaW0jkoATUjUZEacDvC7VYq+NlJ5+0xru9zQfiuKuC6b0GvTrqDWH06PYPFsdg+AjuSsq1ZeJfsPYH8PvCW/bzb8E2w9gfwpbtvMLOxwc+lzCU7U939ISDt+8Pilt1PP4BCIYinKXBTbJSwCtRQVCSGoFFCmwFEInIInBQAIRFCERIQAA5AlFIQJCABUeAJOgzJ3Bcb6SXp9ZtD6n2fRpjcxunjme9dD6e3j1Vkc0elVPVjkRLv5QfFcqY1WRSTHKJ2J9JpsjYjKsVG6zlFLslIrgnPRJs1lxu4DVQ3WyUm9IFJyktSbZQwkEaH3hExEXaBqnTA4Qplwv/WKP+tS/3GqFUUi4T+sUv9Wl/uNUkHpCzDJSqZhNMCcJghXFmE+mxv6nSI/fjWP3bxOXNcX3rt/0illro/VqbwXB7HEgS1uGZBO/NZm6+itKmJLQ47XHPy2JE8sUaseCUl9GLs11nMEkOAkiIgEAg56zKlW66WNpNeHuLyTLCAWgCIIcM9ZyjYt+24KeIOYAc5wkZaAQDsGQy013qtva6iXBhFKnlAJkB+EF2L2ct5iQlfmLvBRzWrIMEQU1K6n0W6O0LSK1OuynUewtIe05lrgdHNOkjfqqHpn0HNlHXUpdSmHA5upk6Sdrdkp6dqzO1ToxRTrCj6pG1qkgIPKcB4BAI3OO6e5ABELQ9ALSW2vDOVRjm94GIe4+KzsqVdFr6mvTq+q4T905O8iVElaJR19noD+FLcdefzVdYr3oVGgMqsJ7OUwchuKsXHX73/JY3o0II7fvfFyWHZnn8Am9/wB7/kltGbufwCgBLZSxKCC1oWCEA3iggpQAKJwQQUAFARZIIIAKQg5w1KCCAOVdML8+tVgG/sqchntE6v74EcOaoQUaCuLDy4og+EEFJA3WqK+uK6n1CGNGZzcdg5oIJOTbSHYvlk3pVc3UwG5giRzGqzLCggpxvtEZPsW/QqR0cE2iiN9aiPGo1BBNXYpnoq0XgynkTJ9UCXfl3rPXre1WqcE4G+qyS4/eds5BEgsubJK6NvjYYuKkyPRs2EDs93zU6m2BmM0EFnRsYum8NIWW+ke0NdVo0w45NLjABGZAE/zIIJmNeozZ/aXH0f2EtwPH28YJ2kAGNNktlbO8bsbWY+k8S17S08nCEEFqx9Mx5tNf0ebK1Msc5h1aS082mD7k2UEFcWDEgD4o0EAKa4H4j4hJeNnfzCNBAMUx0hWdhvetR9Co4D1ZlvgctqCCXJImzZXB0lbWinUGGoTI9V/pabjnotLT28yggkSSTHRdn//Z" alt="Image result for ceyhun əhmədli">

Ceyhun Əhmədli: “İndiki situasiyada Ermənistan parlamentində respublikaçıların hakim gücə sahib olması tamamilə normal haldır”.


Hazırkı şəraitdə Qərb ölkələrindən Paşinyan hakimiyyətinə qarşı etimad və rəğbət hissinin mövcud olduğunu vurğulayan politoloq Ceyhun Əhmədliyə görə, Paşinyan öz hökümətini qorumaq üçün Rusiya ilə münasibətləri də qorumağa çalışır:

“Öncəliklə  qeyd edim ki, əgər dinc yolla dövlət çevrilişindən söhbət gedirsə, istefalar daha çox hökumət strukturlarında olur. Ermənistanda da çevriliş gözləntilərin əksinə olaraq, dinc şəraitdə baş tutdu. Hazırda  Ermənistan Parlamentində Respublikaçıların böyük üstünlüyü var. Hətta parlamentdə ikinci ən çox mandata sahib “Çarukyan” bloku da Respublikaçılar Partiyasına yaxınlığı ilə seçilir. Paşinyanın “Yelk” fraksiyasının isə parlamentdə üstünlük əldə etməsi üçün gərək yeni seçkilər keçirilsin. Lakin Ermənistanda baş nazirin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Parlamentin buraxılması üçün ya iki dəfə baş nazirlyə namizəd parlamentdə seçilməməlidir, ya da Baş nazirin təqdim etdiyi proqram parlament tərəfindən rədd edilməlidir. Paşinyan bunların heç birinə gedə bilmədiyinə görə onun əli-qolu bağlıdır. Əgər konstitusiyaya edilən sonuncu dəyişiklik zamanı baş nazirə belə bir səlahiyyət verilsəydi, heç şübhəsiz, Paşinyan bu hüququndan dərhal istifadə edərək növbədənkənar parlament seçkiləri elan edərdi. Bir sözlə, indiki situasiyada konstitutsiyanın tələblərinə uyğun olaraq Ermənistan parlamentində respublikaçıların hakim gücə sahib olması tamamilə normal haldır. 

Paşinyan sadəcə olaraq, baş nazir postunun ona verdiyi statusdan istifadə edərək müvəqqəti hökumət qurub. Hələlik tam sistem dəyişikliyi baş verməyib. Parlamentdə üstünlük və  bələdiyyələrə rəhbərlik yenə də respublikaçılardadır. Ermənistan Parlamentli Respublika olduğuna görə ölkəni idarə etmək üçün parlamentdə üstünlüyə sahib olmaq əsas şərtdir. 

Bu baxımdan Paşinyan hakimiyyətinin tam möhkəmlənməsi üçün yaxın vaxtlarda növbədənkənar parlament seçkilərinin keçirilməsi şərtdir. Çox güman ki,  parlament seçkilərindən sonra Ermənistanda Respublikaçılar Partiyası yavaş-yavaş tarixin arxivinə qovuşacaq.

Ceyhun Əhmədli:  “Hazırkı Ermənistan hakimiyyətinin ən həssas yanaşdığı məsələ Moskva ilə münasibətlərin vektorlarının düzgün qurulmasıdır”.


Xarici etimadsızlıq məsləsinə gəlincə, indiki situasiyada Paşinyan hökumətinə münasibətdə xaricdən hər hansı bir etimadsızlıq müşahidə olunmur. Hətta Ermənistandakı inqilablarla bağlı sərt mövqe ortaya qoyacağı gözlənilən rəsmi Moskva belə Paşinyan hakimiyyəti ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bir neçə dəfə ifadə edib. Paşinyan baş nazir seçildikdən sonra ilk təbrik edən də məhz Rusiya prezidenti Vladimir Putin olmuşdu. Paşinyan bu vaxta qədərki siyasi karyerası dövründə Avropa dəyərlərinə sadiq, islahatçı siyasətçi kimi özünü təqdim edib. Bir müddət əvvəl isə Avropa İttifaqı ilə vizasız gediş-gəlişin təmin olunması üçün əlindən gələni edəcəyini bildirmişdi. 

Təbii ki, regional geosiyasi reallıqları nəzərə alaraq, Paşinyan bu ritorikasını gələcəkdə dəyişə bilər. Lakin hazırkı şəraitdə Qərb ölkələrindən Paşinyan hakimiyyətinə inamsızlıq yox, əksinə, müəyyən qədər etimad və rəğbət hissi mövcuddur. Paşinyan erməni lobbisinin dəstəyini arxasına alaraq hakimiyyətə gəlmiş siyasətçidir. 

Erməni lobbisinin ona dəstəyinin nəticəsidir ki, ABŞ hökuməti İrəvana maliyyə yardımının edilməsi ilə bağlı qərar qəbul edib. Hesab edirəm ki, hazırkı Ermənistan hakimiyyətinin ən həssas yanaşdığı məsələ Moskva ilə münasibətlərin vektorlarının düzgün qurulmasıdır. Paşinyan özü də əmindir ki, marionet dövlət statusundan imtina edərək Rusiyanın siyasi orbitindən uzaqlaşmaq onu daxildə ciddi təlatümlərlə qarşı-qarşıya qoya bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar