Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Satanovski yenə Azərbaycanın üstünə gəldi


Bu yaxınlarda “Dağlıq Qarabağ Respublikası”na səfər etmiş rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski buna görə adının Azərbaycanın “qara siyahı”sına salınmasından qətiyyən narahat deyil


Virtualaz.org bildirir ki, məlumatı life.ru saytı yayıb.

Politoloq bildirib ki, o, məmurların iştirakı olmadan “DQR”-ə gedib-getməmək məsələsini özü həll edir.

“Vaxtilə mənə o qədər insan göstəriş verməyə cəhd edib ki, hara getmək olar, hara yox. İndi onlar haradadır? Mən nə vaxt istədim, onda da Qaz sektoruna getdim. Və mənim üçün fərqi yox idi ki, İsrail XİN-i buna necə reaksiya verəcək. Başqa yerlərə gedəndə də həmçinin... Bu mənim işim və mənim haqqımdır. Heç bir ölkənin heç bir XİN-i mənə göstəriş verə bilməz ki, mən Dağlıq Qarabağa gedim ya getməyim”, - deyə şərqşünas vurğulayıb.

Xatırladaq ki, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bir həftə öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev isə dünən verdiyi açıqlamada bildirmişdi ki, Rusiyalı şərqşünas Yevgeni Satanovskinin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

Onun sözlərinə görə, Y. Satanovskinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və o, bu səfəri ilə Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu və Miqrasiya Məcəlləsinin tələblərini pozub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar