Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Satışda olan saxta araqlara diqqət: içən ölə bilər


Eyyub Hüseynov: “Xaricdən də Azərbaycana keyfiyyətsiz spirtli içkilər gətirilir, əhali bilməlidir ki...”


Araq reklamlarına televiziyalarda tez-tez rast gəlirik. 

Ölkədə yerli araqlarla yanaşı, xaricdən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən də spirtli içkilər gətirilir. Bəs çox vaxt gözəl şüşələrdə olan bu cür içkilərin keyfiyyəti də standartlara uyğundurmu? Suala cavab almaq üçün paytaxtdakı bir neçə marketə baş çəkdik.

Burada qiymətlər 2 manatdan başlayırdı. Satıcılar daha çox ucuz yerli araqların, ikinci isə Rusiya araqlarının satıldığını dedilər. Satıcı Telman Əliyev isə alıcıların elə də çox olmadığını dedi: “Spirtli içkilərimiz daha çox bayramlarda satılır. Rusiya araqlarını daha çox istəyirlər. Ən yaxşı Rusiya arağının qiyməti 10 manatdan başlayır”.

Image result for eyyub huseynov

Araqların bəzilərinin üzərində yararlılıq müddətinin olmadığını gördük. Satıcıdan bunun səbəbini soruşduqda o, hərdən bu cür olduğunu, ancaq araqların təzə olduğunu söylədi.

Xaricdən, xüsusilə də Rusiya və Ukraynadan gətirilən araqların qiyməti 8-10 manatdan başlayır. Azərbaycanda istehsal olunan ən ucuz araq isə kiçik araqlardır ki, onun qiyməti 2 manatdır. Mağazada 40-50, hətta 100 manata belə araqlar vardı.
Dəfələrlə mətbuatda saxta araqların olmasına dair xəbərlər eşitmişik. Onlar daha çox ucuz qiymətə restoranlara, şadlıq evlərinə satılır. Təsadüfi deyil ki, bir sıra hallarda toylarda araqdan kütləvi zəhərlənmə halları kimi xəbərlərlə rastlaşmışıq. Mütəxəssislər isə saxta arağı təmiz araqdan ayırd etməyin mümkün olduğunu deyirlər.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov spirtli içki sektorunun çirklənmiş bir sahə olduğunu bildirdi: “Biz Azad İstehlakçılar Birliyi olaraq istehlakçıların ucuz qiymətə keyfiyyətli mal almasının tərəfdarıyıq. Azərbaycanda içkilər bazarı həddindən artıq çirklənmiş bir sektordur. Əhali bilməlidir ki, araqların satış şəbəkələrində saxlanma müddəti bir ildən artıq olmamalıdır. Lakin monitorinq aparsaq görərik ki, 95 faiz araqların üzərində buraxılma tarixi, yararlılıq müddəti yoxdur. Ölkənin əmtəə bazarında, hətta xaricdən gətirilən arzu olunmaz içkilər kifayət qədər çoxdur. Təəssüflər olsun ki, Bakı ətrafında bəzi firmalar heç bir üzüm plantasiyası olmadan qarışıq mayelərdən araqlar, spirtli içkilər hazırlayıb əhaliyə təklif edir. Spirtli içkilərin Azərbaycanda ucuz olmasının səbəbi tələbatın az olması ilə bağlıdır. Yəni tələbat az olanda qiymət aşağı düşür. Xarici ölkələrdən də Azərbaycana kifayət qədər keyfiyyətsiz spirtli içkilər gətirilir. 10 il əvvəl biz Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət etdik və Kütləvi İnformasiya Vasitələrinin, ictimai təşkilatların, mütəxəssislərin iştirakı ilə açıq şəffaf fəaliyyət göstərən spirtli içkilər üçün dekustasiya komissiyasının yaradılmasını təklif etdik. Lakin bu təklif dəstəklənmədi. Onlar özləri o vaxt belə bir komissiya yaratdılar və bu komissiya qapalı şəkildə fəaliyyət göstərir. Heç kimin də xəbəri yoxdur ki, onlar nəyi necə edirlər. Yəni bu işlərin hamısında şəffaflıq əməl gəlməlidir ki, spirtli içki bazarında vəziyyət düzəlsin”.


E.Hüseynov Rusiya brendi ilə Azərbaycanda qanuni araq istehsalının olduğunu dedi: “Rusiya brendi ilə Azərbaycanda araq istehsal olunur və bu brend ölkəmizdə təsdiq olunub. Lakin bu yaxınlarda Daxili İşlər Nazirliyi çox böyük miqdarda 30 cür xarici arağı istehsalı edən araq istehsalçılarını ifşa etdi. Bu da çox yaxşı haldır. Bu vəziyyətin, insanların araqdan zəhərlənməsinin qarşısını almaq üçün ölkə prezidentinin fərmanı olub ki, qida təhlükəsizliyi üzrə agentlik yaradılsın. İşçi qrupu təyin olunub və bu qrupun rəhbəri baş nazirin müavini Əli Əhmədovdur. Mən Əli Əhmədova 20 gün bundan öncə rəsmi müraciət göndərdim və həmin qurumda təmsil olunmaq və təkliflərimi vermək istəyimi bildirdim. Məni Nazirlər Kabineti səviyyəsində bir adam qəbul etdi və məlum oldu ki, qida təhlükəsizliyinə dair gələn ildən işə başlayacaq bir qurumda heç bir ictimai təşkilat, heç bir ictimai nəzarət nəzərdə tutulmur. Lakin mən xahiş eləmişəm ki, sırf istehlakçıların adından biz orada iştirak edək. Görək dövlət istehlakçıların səsini eşitmək üçün hansı addımı atacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar