Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Savçenko Ali Radada çıxış etdi


Ukraynada Rusiyaya qarşı mübarizənin simvolu hesab edilən və ötən həftə azadlığa buraxılan pilot Nadejda Savçenko ilk dəfə vəkil olduğu parlamentə daxil olub


Ayaq üstə alqışlanan Savçenko hər bir hərəkəti ilə də diqqəti özünə çəkib.

Ali Radanın Baş assambleyanın açılışında kürsüyə çağırılan Savçenko əlində Ukrayna və Krım-Tatar bayrağı ilə çıxış edib.

Artıq Ukraynaya qayıtdığını və millət vəkili olaraq işinə başladığını söyləyən Savçenko Müstəqillik meydanında və ölkənin şərqində ölənləri unutdurmayacağını bildirib.

O, çıxışında "Biz onlara xəyanət etsək, Ukrayna xalqı bu kürsüdə oturmağımıza icazə verməz. Ukrayna hər şeydən üstündür" cümlələrini səsləndirib.

Çıxışını bitirdikdən sonra Ukrayna himnini oxuyan Savçenko tribunada yazılan "Nadejda Savçenkoya azadlıq" plakatını çıxararaq yerinə Rusiyadakı Ukraynalı siyası məhbuslara həsr edilən "Kreml məhkumlarına azadlıq" yazılmış plakat asıb.

Savçenkonun corabsız ayağını kreslonun üzərinə qaldıraraq oturması da diqqətdən yayınmayıb.

Ukraynalı pilot Nadejda Savçenko 2014-cü ildə qondarma Luqansk Xalq Respublikasında əsir götürülərək Rusiyaya aparılıb. 22 il həbs cəzasına məhkum edilən qadın pilot Ukraynada həbsdə olan rus kəşfiyyatçılar Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla mübadilə əsasında vətəninə qaytarılıb.

Savçenko Rusiyada həbsdə olduğu müddətdə keçmiş baş nazir Yuliya Timoşenkonun "Batkovşina" partiyasından millət vəkili seçilib. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar