Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta kosmetikanı orijinaldan fərqləndirməyin 7 üsulu


Belə qənaət sağlamlığınız bahasına başa gələ bilər!


İnsafsız satıcıların müştərilərə saxta məhsulları satması aktual problemlərdən biri olaraq qalır.
 
Publika.az bu yazıda oxucuları saxta ilə orijinal kosmetik məhsulları bir-birindən fərqləndirən əlamətləri təqdim edir.
 
1. İlk növbədə yadda saxlayın ki, brend kosmetika heç vaxt aşağı qiymətə satıla bilməz. Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti isə çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən kosmetika almayın. Təəssüf ki, saxta mallara hətta sanballı mağazalarda təsadüf etmək olar. Ona görə də yaxşı olar ki, məhsulu almazdan əvvəl  brendlərin rəsmi saytına daxil olub, sertifikatlaşdırılmış satış nöqtələrinin yerini öyrənin. Ən yaxşı çıxış yolu kimi mağazadan aldığınız kosmetik məhsulların sertifikatını tələb edin. Vicdanlı satıcı heç bir problem olmadan bunu edəcək.

2. Məhsulun qablaşdırmasının dizaynına diqqət edin. Hətta brend məhsulun saxta versiyasını çıxaran istehsalçılar da yazıların keyfiyyətində, ölçüsündə, rəngində və parlaqlığında, həmçinin şriftlərdə və s. xırda detallarda səhvə yol verir.
 
3. Ətriyyat kimi göz kölgələrinin nömrəsi həm plastik korpusun, həm də məhsulun qablaşdırmasının üstündə qeyd olunur, bu nömrələr üst-üstə düşməlidir. Ştrix-kodu sözügedən  istehsalçı ölkəyə uyğun olmalıdır.

4. Rənglərin palitrasını kosmetika brendinin rəsmi saytından öyrənin. Saxta istehsalçılar əksər hallarda orijinal variantlarda olmayan rəngləri uydurur.
 
5. Orijinal kosmetikanın teksturası eynidir, xoşagəlməz qoxusu və ya lax notları yoxdur. Məsələn, saxta pomadanı qablaşdırmasından, qapağın bağlanmasından, eləcə də məlhəmin yayılmasından müəyyənləşdirmək olar. Saxtalaşdırılmış tuşun teksturası həddən artıq duru və ya bərk ola bilər. Bundan başqa, tuşun orijinallığını seçilən fırçası tez-tez  ələ verir.

6. Fırça, tüklər, yazılar eyni cürdür. Lakin keyfiyyəti, ölçüsü, forması və tüklərin rəngi tamam  fərqlənir.
 
7. Kremin teksturasını həmişə birinci əlinizdə sınayın. Yaxşı mağazalarda məhsulu yoxlamaq məqsədi ilə sınaq variantlarını təklif edirlər. Məhsulu əlinizdə yoxladıqda onun yayılmasından keyfiyyəti və davamlılığını yoxlaya biləcəksiniz.
 
Əgər dərinizə zərər vermək istəmirsinizsə, kosmetik məhsul alan zaman son dərəcə diqqətli olun.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar