Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sayt rəhbərinə nazirlikdən vəzifə təklifi gəldi


Ölkə.az-a daxil olan məlumata görə, Bizimxeber.az saytının baş redaktoruna nazirliklərdən birinin mətbuat xidmətinə rəhrəblik etmək təklif olunub


Məlumatlı mənbə bildirir ki, adıçəkilən saytın baş redaktoru ilə həmin iri nazirliyin rəhbərliyi arasında müzakirələr gedir.

Mənbə bildirir ki, son zamanlar dövlət strukturları ilə medianın arasında yaranmış bəzi anlaşılmazlıqlardan sonra bir sıra iri nazirlik və dövlət komitəsi öz mətbuat xidmətlərini və ictimaiyyətlə əlaqələr departamentlərini yenidən formalaşdırmağa başlayıblar. Yaxın zamanlarda bir çox tanınmış jurnalistin bu xidmətlərə və departamentlərə rəhbərlik edəcəyi gözlənilir. Çünki dövlət strukturlarındakı mətbuat xidmətlərinə mediadan və jurnalistikadan uzaq şəxslərin rəhbərlik etməsinin media ilə bürokratiyanın arasındakı ziddiyətlərin başlıca səbəbi sayılır. Ona görə də nazirlik və komitələr, habelə iri şirkətlər və dövlət konsernləri mətbuat xidmətlərinə rəhbərləri mediadan, peşəkər və tanınmış jurnalistlərin arasından seçmək qərarına gəliblər.

Məlumati dəqiqləşdirmək üçün Bizimxeber.az portalının baş redaktoru Ədil Hüseynli ilə əlaqə saxladıq. Baş redaktor bildirdi ki, dogurdan da belə bir təklif olunub. Təklifin haradan gəldiyini hələlik açıqlamaq istəməyən Ə.Hüseynli qeyd etdi ki, təklifi yüksək dəyərləndirir: "Həmişə demişəm ki, mətbuat xidmətlərinin rəhbərləri jurnalistlərin arasında olan adam olmalidir. Onlarla munasibətləri qurmaq üçün bu vacibdir. Amma təəssüflər olsun ki, hələ də, əksər qurumlarda mətbuat xidmətlərinin rəhbərləri mətbuata uzaq olan insanlardır". Baş redaktor həmçinin bildirdi ki, təklifi qəbul edib-etməyəcəyi haqda hələlik dəqiq qərar verməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar