Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbail RİH başçısı Eldar Əzizov Bayıl sakinləri ilə görüşüb

Səbail rayonu 163 №-li orta məktəbdə Səbail RİH başçısı Eldar Əzizov Bayılda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Cənub Dərə yaşayış sahəsindəm müvəqəti köçürülən vətəndaşlarla görüş keçirib


Eldar Əzizov son günlərdə yamacda baş verən prosseslər, yerli və xarici mütəxəssislər tərəfindən aparılan araşdırmaların vəziyyəti, mövcud şəraitdən çıxış yolları, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verdi.

 Qeyd olundu ki, sürüşmə təhlükəsi ilə bağlı ərazidən 93 fərdi evdə yaşayan sakinlər köçürülüb. Onlarin bir qismi  öz qohumlarının evlərinə, digərləri isə 163 №-li orta məktəbdə yadılmış müvəqqəti sığınağaqda yerləşdiriliblər. Fevralın 10-da həmin ərazidə 4 yaşayış evi tam, 2-si isə qismən dağılmışdır. Yalnız görülmüş tədbirlərin nəticəsidir ki, burada xəsarət alan olmamışdır. RİH tərəfindən ayrılmış nəqliqqat və işçi qüvvəsinin köməyi ilə  vətəndaşların əmlakı çıxarılaraq başqa yerlərə daşınmışdır. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması üçün burada postlar gücləndirilib. RİH tərəfindən 163 №-li məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb.
  
Bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  müvafiq Sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılmış, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılmışdır.

Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. 

Bu gündən kirayə haqları verilməyə başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq. Birdəfəlik kompensasiya məsələsinə isə baxılır. Sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır. Alimlər işləyir, onlar araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev  zonadan kənarda olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar geri qayıdacaq”. 

E. Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.

Eldar Əzizov qeyd etmişdir ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Sürüşmə ərazisindəki evlərin 98 %-inin heç bir sənədi və qeydiyyatı olmayan qanunsuz tikililərdir. Lakin buna baxmayaraq dövlət hər kəsə bərabər münasibət göstərir. Onların problemlərinin həlli üçün müvafiq tədbirlər görüləcəkdir. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar