Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbail rayonunda iftar süfrəsi təşkil olunub - Fotolar

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır


Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur. Mübarək ayın əvvəlindən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçəri şəhərdəki «Cümə məscidi»ndə iftar süfrələri keçirilibdir. 

Növbəti belə bir tədbir rayonun Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında rayon ictimaiyyətinin, bələdiyyələrin, rayonda fəaliyyət göstərən bütün dini icmaların nümayəndələrinin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsi, müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşıb məcburi köçkünlərin – ümumilikdə 600 nəfərin iştirakı ilə keçirilibdir. 

İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlanıbdır. Hacı Surxay müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildiribdir. 

Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. 

Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O, respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışaraq bir neçə gün əvvəl böyük uğurla başa çatmış ilk Avropa Oyunları, onun ən yüksək dünya standartları səviyyəsində təşkil olunduğunu bildirmişdir. Natiq qeyd etibdir ki, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda toleyrantlı ənənələri daha da möhkəmlənmiş, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunmuş, yeniləri tikilmişdir. Belə ki, Səbail rayonunda Ulu öndəri Heydər Əliyevin səyləri ilə Bibiheybət məscidi yenidən tikilib, sonrakı illərdə isə rayondakı digər məscidlər əsaslı təmir olunubdur. 

Asif Əsgərov həmçinin Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında Qafqazda ən böyük məscid olan Heydər Məscidinin tikintisindən də danışibdır. Natiq gözəl ənənəyə çevrilən iftar süfrəsini  cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə 
övlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi  qiymətləndirdi və qarşıdan 
gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik etdi.

Tədbirdə qeyd olundu ki, bu kimi iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən gündəlik olaraq İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəkdir. Milli Məclisin Komitə sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də iftar süfrəsində iştirak etibdir












pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar