Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə Qurtuluş günü qeyd olunub


Səbaildə Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib


 Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir.

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyəti və  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin və çoxsaylı KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında xalq musiqiləri, dünya və Azərbaycan bəstəkarlarının mahnılarından, şən melodiya və rəqslərdən ibarət böyük ədəbi-bədii bayram tədbiri keçirilib.

Tədbirdə qeyd olunmuşdur ki,  düz 25 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənib.

Çox böyük bir xöşbəxtlikdir ki, bu gün ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.

Bayram tədbirində respubikanın xalq artistləri Brilyant Dadaşova, Mübariz Tağıyev, Bilal Əliyev, Gülyaz Məmmədova, əməkdar artist Təyyar Bayramov, popolyar ifaçılar Ayaz Qasımov, Pərviz Abdullayev, Kənan Qədimov, Rəvanə Əmiraslanlının, Vaqif Müstafazadə adına “Sevil” vokal qrupunun, Cahangir Cahanğirov adına xorun, “Şirvan” folklor ansamblının ifalarında xalq mahnıları, tanınmış dünya və Azərbaycan bəstəkarlarının əsərləri  səslənmiş, iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanmış, sakinlər konsert boyu parkın ərazisində rəqs etmişlər. 
Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.

 pia.az

Image result for Səbaildə Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirildi
Image result for Səbaildə Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirildi



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar