Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə abadlıq-quruculuq işləri ilə bağlı yeni layihələr hazırlanır


Səbail rayonunda həyata keçiriləcək abadlıq-quruculuq işləri ilə bağlı yeni layihələr hazırlanır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri və sosial layihələr paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan, bir çox hallarda paytaxtın paytaxtı adlandırılan Səbail rayonunda da öz əksini tapmaqdadır.

Səbail rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumatlara görə yaxın günlərdə Sovetlər dönəmində nizamsız, heç bir layihəyə uyğun olmadan özütikili evlərin çoxluq təşkil etdiyi, rayonun digər ərazilərindən fərqli olaraq bir sıra kommunal problemlərin mövcud olduğu Bayıl-20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanacaqdır. 

Bakı şəhərindən respublikamızın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurma tələb olunurdu. Bunula əlaqədar artıq  respublikanın tanınmış memarlarından təşkil olunmuş 2 qrup tərəfindən Bayıl-20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şossesi boyunca ən müasir standartlar səviyyəsində  aparılacaq  yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanacaqdır.  

Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, məhəllədaxili yoların təmiri və işıqlandırılması, burada tam yeni infrastukturun yaradılması da  nəzərdə tutulmuşdur.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar