Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə imkansız ailələrə yardım edildi


Müqəddəs Ramazan bayramı ərəfəsində Səbail rayonunda imkansız ailələrə bayram payları təqdim olunub


PİA.AZ xəbər verir ki, mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara müxtəlif köməkliklər göstərilir. 

Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir Bayıl yaşayış sahəsində yerləşən 49 saylı «İntellekt» lisey-məktəbdə  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Çernobıl Əlilləri, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. 

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamladı və mübarək Ramazan ayı münasibəti ilə  onları təbrik etdi. 

Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda bu münasibətlə iftar süfrərəli təşkil olunur, imkansızlara köməklik göstərilir. 

Yavər Allahverdiyev Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışıb, qeyd edib ki, əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcəkdir.

Ramazanla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlər, rayon təsərrüfat xidmətlərinin işçiləri - ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanıb və bu tədbirdə onlara paylanılıb. 

Tədbirdə çıxış edən Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov və digərləri Ramazan münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar